News Photo

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.

News Photo

Sinif otaqlarının daxilində və xaricində İsrail və Azərbaycan ‘bir-birini dost kimi görür’

Hayfanın mərkəzdən kənar Kiryat Bialik bölgəsində yerləşən məktəbdə robot texnikası üçün istifadə edilən masa ilə şahmat oynayan şagirdlərin masası arasındakı mühiti görən otağı səhvən oyun zalına bənzədə bilərdi.

"Lego" parçalarından, mühərrik və sensorlardan qurulmuş, eni və uzunluğu 5 düym olan düzbucaqlı formasında robot stolun üzərində təkərlə irəliləyib geri dönmüş və onun hərəkətləri yanvar ayının ortasında İsrailin orta məktəbinə ilk dəfə səyahətə gələnləri heyran qoymuşdur.

News Photo

Xocalı soyqırımının 27-ci ildönümü Gürcüstanda qeyd olunub

Azərbaycan səfirliyi tərəfindən Gürcüstanın Kvemo-Kartli bölgəsinin Marneuli rayonunda Xocalı soyqırımının 27-ci ildönümünə aid anma mərasimi keçirilib. Ermənilərin 1992-ci ilin 26 fevral tarixində Dağlıq Qarabağın Xocalı rayonunda törətdikləri qətliamda həyatını itirən insanların xatirəsi Gürcüstanın Kvemo-Kartli bölgəsinin Borçalı Türklərinin çoxluq təşkil etdiyi Marneuli rayonunda keçirilən mərasim ilə anıldı. 

News Photo

Azərbaycan səfirliyi Xocalı qətliamının 27-ci ildönümünü qeyd edir

Azərbaycan xalqı bütün Xocalı şəhidlərini xatırlayır və heç vaxt unutmayacaq. O öz ərazi bütövlüyü uğrunda mübarizə aparmağa və Azərbaycana qarşı törədilmiş qətliamların faillərini ədalətə təslim etməyə davam edəcək, Azərbaycan səfirliyinin Xocalı soyqırımının 27ci ildönümündə verdiyi bəyanatda deyilir.

News Photo

Azərbaycanı dağ velosipedi ilə kəşf etmək. Yerli cütlüyün Cənubi Qafqazdakı bir aylıq epik macərası

Çoxları Sea to Sky Corridor-da (Dəniz-Səma dəhlizi) macəra səyahətindəykən, az adam Azərbaycanda bir ay keçirmək kimi maraqlı bir şey etdiyini və çox güman ki, daha az adam dağ-velosiped macərası yaşadığını deyə bilər.  

Bu hal, Vistlerin yerli sakinləri Custa Ceskova və Stiv Storinin son söhbətindən sonra populyarlıq qazanmış ola bilər. Vistlerin ictimai kitabxanasında keçirilən tədbirdə iştirakçılar kitabxananın ümumi otağının arxa hissəsində stola söykənərək, cütlüyün, Ceskovanın slayd-şouda səyahət zamanı çəkdiyi möhtəşəm şəkillər ilə canlanan hekayəsini maraqla dinləyirdilər. (Mükafat alan fotoqrafın müştəriləri arasında Vistler Blakkomb, Turizm Vistler və Skandinav Spa da var.)

News Photo

Marriot şəbəkəsindəki 13 türk oteli Azərbaycanda bir araya gəldi

Marriott International statusu ilə Türkiyədə fəaliyyət göstərən 13 otelin yüksək vəzifəli şəxsləri, 9 Fevral 2019, cümə günü JW Marriott Absheron Bakıda 'Marriott Connections' tədbirində bir araya gəldi.

Türkiyədə fəaliyyə göstərən Marriot otelləri Azərbaycanın paytaxtı Bakıda təşkil olunan “Marriot Connections” tədbirində bir araya gəldilər. Tədbirin təşkilatçıları Alyaska Turizm, AC Hotel Istanbul Macka, Istanbul Marriott Hotel Asia, Istanbul Marriott Hotel Sisli, Le Méridien Istanbul Etiler, Renaissance Istanbul Polat Bosphorus Hotel, Renaissance Polat Istanbul Hotel, Sheraton Ankara Hotel & Convention Center, Sheraton Bursa Hotel, Sheraton Grand Adana, Sofa Hotel Istanbul Autograph Collection, The Bodrum Edition, The Ritz-Carlton Istanbul otelləri idi.