News Photo

Yeni tarixi bir film yoldadır: “Nargin Adası...”

Azərbaycanın paytaxtı Bakıda yerləşən və Birinci Dünya Müharibəsi illərində minlərlə Türkün əsir olaraq tutulduğu “Nargin Adası” ağ pərdəyə köçürüləcək. Filmin çəkilişləri iyun ayında başlayacaq.

News Photo

3 nəsil yenidən meydanda

Dizlərindən yara alan və futbol həyatları iflasa uğrayan Azərbaycanın yaşıl meydanlarında fırtına kimi əsmiş 3 nəsil futbolçuları Ramiz Məmmədov, Afdandil Hacıyev və Ruslan Hacıyev bir Türk həkimin etdiyi əməliyyat ilə öz sağlamlıqlarına qovuşmuşlar. Hər üç futbolçu “Onun oğlu kimi olduq” deyir.

News Photo

Enerjidə açar ölkə Türkiyə

TANAP-ın vaxtında tamamlandığını və bir neçə ay içində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işlərinin bitəcəyini açıqlayan nazir Dönməz, “TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi güclənəcək” dedi.

News Photo

"Türkiyə - Azərbaycan Ortaq Miras" tədbiri

“Türkiyə-Azərbaycan Ortaq Miras” proqramında, Azərbaycan Dövlət Rəqs Ansamblı səhnə aldı. Tədbir İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən Lütfi Kırdar Konqres və Sərgi Sarayında keçirildi. 

Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzinin (Hazarfem) təşkilatı ilə təşkil edilən tədbirdə, Hazarfem-in Sədri Nuran Acar iki ölkə qardaşlığının uzun illərdir davam etdiyini söylədi.

News Photo

Azərbaycanlı tələbələr Samsun şəhər bələdiyyəsində təcrübə keçirlər

Azərbaycanın müxtəlif universitetlərindən Samsuna gələn dövlət idarəçiliyi fakültəsinin tələbələri, Samsun şəhər bələdiyyəsində təcrübə keçirlər.

Samsun şəhər bələdiyyəsinin sədri Yusuf Ziya Yılmazın Azərbaycan səfərində Samsuna dəvət etdiyi müxtəlif universitetlərin tələbələri, Samsun şəhər bələdiyyəsində öz sahələrində staj keçirlər. Müəllimləri və Samsun  şəhər bələdiyyəsinin İctimai işlər və Mədəniyyət şöbəsinin müdiri Necmi Çamaş ilə birlikdə sədri Yusuf Ziya Yılmazı yerində ziyarət edən tələbər, ona təşəkkür etdilər. Bələdiyyə sədri, qardaş ölkə Azərbaycandan gələn tələbələri xarici olaraq görmədiklərini söyləyərək, tələbələrlə uzun müddət söhbət etdi.