News Photo

İstintaq Komitəsi Qafqazdan olan əsgərləri Uralda milli ədavəti qızışdırmaqda günahlandırır

Uralda Qafqaz respublikalarından çağrılmış əsgərlər öz xidmət yoldaşlarının kürəyində "Dağıstan", "Azərbaycan" və digər yazılar yazıblar. Onlar milli zəmində ədavəti qızışdırmaqda günahlandırılırlar. Bunu Rusiya Federasiyası İstintaq Komitəsinin baş hərbi istintaq idarəsinin mətbuat xidməti bildirib.

Yekaterinburq qarnizonu üzrə hərbi istintaq şöbəsi 61423 saylı hərbi hissənin hərbi xidmətçiləri sıravi Teymur Məmmədov və Elbrus Musayeva qarşı cinayət işi açıb.

News Photo

Azərbaycanla sıx əməkdaşlıq Şimali Qafqazda stabilliyin yaranmasına yardım edə bilər, Moskvada belə hesab edirlər

Azərbaycandakı tolerantlıq ideologiyasını Şimali Qafqaza daxil olması bu regionda gərginliyin aradan qalxmasına gətirib çıxara bilər. Bunu Rusiya prezidentinin Şimali Qafqaz federal vilayətindəki (ŞQFV) səlahiyyətli nümayəndəsinin müavini Serqey Subbotin bəyan edib.

«Biz Azərbaycandakı millətlərarası, konfessiyalararası, həmçinin terrorizmə qarşı mübarizədə olan müsbət cəhətlərdən istifadə edir və etməyə davam edəcəyik», - S.Subbotin «İnterfaks-Azərbaycan» agentliyinə deyib.