News Photo

Ruhani yeni dəmir yolu xəttlərini, İran-Azərbaycan və Çinlə iqtisadi əlaqələrini təşviq edir

Strateji cəhətdən Gilan əyalətində İranın ümid etdiyi şey ABŞ-ın sanksiyalarına qarşı çıxmaq üçün özünü hazırlamaq və hətta gələcək illərdə fayda əldə etməkdir.

İran Prezidenti Həsən Ruhani bu həftə İranın Gilan əyalətini ziyarət edib. Meşədə gəzərkən ağlına İranın strateji Şimal Bölgəsini dəmir yolları və iqtisadi dəhlizlər ilə Azərbaycana və Qazaxıstan vasitəsilə Çinə birləşdirəcək iqtisadi inkişafı təşviq etmək fikri gəlib.

News Photo

İran Azərbaycana ixracatı artırır

İran öz qeyri-neft məhsullarının Azərbaycana ixracını 73% artırıb. Bunu çərşənbə günü İranın Azərbaycandakı səfiri Cavad Cahangiri bildirib.

News Photo

Şimal şəhəri olan Astarada eko-park açıldı

Eko-park Ətrfa mühid departamentinin müditi İssa Kələntərinin iştirakı ilə baş tutmuşdur. Eko-park 4,500 kvadrat metr sahədə ərazini əhatə edir. Layihənin büdcəsi 28 milyard rial (təxminən 667,000 ABŞ dolları) dəyərində qiymətləndirilir.

Bundan əlavə, su-bataqlıq ərazilərdə Lavandevil kimi digər layihələr işə salınmışdır.

Astara Azərbaycan Respublikası və Xəzər dənizi ilə sərhəd zonada yerləşir. bura İran və Qafqaz arasında ən mühim sərhəd ticarət mərkəzidir.

News Photo

Cənubi Azərbaycan türklərinin İran səfirliyi qarşısında etiraz aksiyası

Türkiyədə yaşayan Cənubi Azərbaycan türkləri İranın Azərbaycanlılara qarşı apardığı kimliksizləşdirmə və asimilyasiya siyasətinə son qoyulması tələbi ilə İran səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyanı keçirən Türkiyədə yaşayan Cənubi Azərbaycanlılar İranda yaşayan azərbaycanlıların ana dillərində təhsil almalarını və azərbaycan dilinə edilən təzyiqlərin aradan qaldırılmasını tələb ediblər. Tunalı prospektindən İran İslam Respublikasının səfirliyinin binasına kimi yürüş keçirən aksiya iştirakçıları "Mənim dilim ölən deyil, fars dilinə dönən deyil" şüarını səsləndiriblər. Polisin nəzarəti altında keçən aksiyada "Dilimiz farsca deyil, Azərbaycan türkçəsidir", "Asimilyasiyaya son" və "Türk dilinə qadağaya son" yazıları olan plakatlar nümayiş etdirilib.

News Photo

Komandan: Bakı heç kəsə Azərbaycan torpağından İrana qarşı istifadə etməyə icazə verməyəcək

Azərbaycan rəsmiləri söz veriblər ki, heç kəsə ölkənin ərazisindən İran İslam Respublikasına qarşı hücümlar üçün meydança kimi istifadə etməyə icazə verməyəcəklər. İranın baş polis komandanı bu sözlərlə çıxış edib.

"Bizim Azərbaycan sərhəd qoşunlarındakı dostlarımız öz sərhədlərinə xüsusi diqqət yetirirlər və öz bəyənatlarında qeyd ediblər ki, onlar ölkə ərazisindən İran sərhədlərinə qarşı hər hansı bir fəaliyyətə icazə verməyəcəklər", İran Sərhəd Qoşunlarının komandanı General Hüseyn Zülfəqari bildirib.

News Photo

İran Xəzəri çirkləndirdiyinə görə Azərbaycanı cərimələməyə qərar verib

İran Azərbaycandan Xəzər dənizinin ekologiyasını korladığına görə cərimə tələb etmək niyyətindədir. Bu barədə "Payvand"-in məlumatına görə İran İslam Respublikasının Ətraf mühitin mühafizəsi təşkilatının dəniz departamentinin sədr müavini Abdul Rza Kərbasi bəyan edib.

O qeyd edib ki, Azərbaycan tərəfi dənizin təmizlənməsinə dair heç bir tədbirlər görmür və dənizdən neft hasilatı üçün köhnəlmiş avadanlıqlardan istifadə edir. Kərbasinin sözlərinə görə, rəsmi Tehran dənizin təmizlənməsi üçün xərclərin təxmini dəyərini hazırladıqdan sonra, həmin məbləği cərimə şəklində əldə etmək üçün ölkənin Xarici işlər nazirliyi bu məlumatı Azərbaycan hökümətinə yollayacaq.

News Photo

Azərbaycan rəsmisi: Tehran-Bakı münasibətlərindəki gərginlik aradan götürülüb

Azərbaycan prezidentinin icra apparatının sədri İran və Azərbaycan Respublikası arasındakı gərginliklərin aradan qalxdığını və bunun iki ölkə rəsmilərinin istəyinin nəticəsi olduğunu bildirib.

Əli Həsənov iki qonşu ölkənin münasibətlərində gərginliyin yaradılmasında bəzi Qərb dövlətlərini günahlandırıb.

News Photo

Azərbaycan İrana gedən vətəndaşlarına xəbərdarlıq edir

Azərbaycanlı şairlərin İranda həbsindən sonra Azərbaycn xarici işlər naziri vətəndaşlardan İrana səyahət edərkən ehtiyatlı olmağı xahiş edib.

"İranda azərbaycanlı şairlərin tutulması ilə bağlı baş verən sonuncu hadisə bunun əyani sübutudur." - Xarici işlər nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib, - "Heç o ölkədə özünü tutulmaqdan və absurd ittihamlarla üzləşməkdən qoruya bilməz".