News Photo

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.


News Photo

Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.

News Photo

Bakı Avropadan islahatlar üçün yardım alır

Avropa Komissiyası Azərbaycan hökümətinə Avropa ilə əlaqələri daha da təkmilləşdirmək üçün lazım olan islahatları həyata keçirmək üçün maliyyə yardımı ayırdığını elan edib.

İllik proqram çərçivəsində Avropa Komissiyası "Avropa İttifaqı ilə ikitərəfli münasibətlər və xüsusən də məhkəmə və miqrasiya sahələri üçün" 24.4 milyard dollar vəsait ayırıb.

News Photo

BP ARDNŞ (SOCAR) -dan qaz kəmərində iştirak etmək üçün təklif alıb

Azərbaycan Respublikası Dövlət neft Şirkəti Trans-Anadolu qaz kəmərində (TANAP) iştirak etmək üçün BP-yə təklif göndərib. Məlumatı BP-in Şah Dəniz layihəsinin vitse-prezidenti Al Cook bugün jurnalistlərə bildirib.

"Biz TANAP-a qatılmaq üçün SOCAR-dan rəsmi dəvətnamə almışıq" - cənab Cook bildirib. "Biz kəmərlərin idarə edilməsindəki təcrübəmizlə SOCAR-ı dəstəkləyəcəyik və bu səbəbdən proyekti yatırım etmək və dəstəkləmək üçün kifayət qədər maddi pay əldə etmək istəyirik."

News Photo

Polşa Xarici işlər naziri: Rəsmi Varşava qondarma Dağlıq Qarabağ Respublikasını tanımır

Polşa Azərbycanın ərazi bütövlüyün dəstəkləyir və qondarma Dağlıq Qarabağ Respublikasın dəstəkləmir. Bunu 18 iyulda Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla apardığı danışıqların yekununda Polşa xarici işlər naziri Radoslav Sikorski bəyan edib.

Bununla yanaşı Sikorski bildirib ki, Azərbaycan və Ermənistan özləri münaqişənin həlli yolunu, o cümlədən də Dağlıq Qarabağın yekun statusunu tapmalıdırlar

News Photo

Ekspert: Belarusun Azərbaycanla neft danışıqları aparması Rusiyaya iynə sancmaqdır

"Rusiyanın belarus neft şirkətlərinin iqtisadi maxinasiyalarını araşdırdığı bir vaxtda Belarusun Azərbaycanla danışıqlar aparmasını Rusiyanın ünvanına növbəti sancma kimi hesab etmək olar," - "Energetika və maliyyə institutu" fondunun iqtisadi araşdırmalar sektorunun eksperti Serqey Aqibalov müsahibəsində bildirib.

Xatırladaq ki, iyulun 9-da Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç rəsmi Bakının Belarusa neft satmasına hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə azərbaycan xammalının idxalı məsələsi "prinsip etibarilə həll olub", və əlverişli konyuktura yaranan zaman bu məsələlər təşkil ediləcək. Bu da öz növbəsində, neft idxalının diversifikasiyasında "vacib faktora" çevriləcək. Qeyd edək ki, bundan əvvəl rus şirkətləri belarus hakimiyyətini Rusiya neftindən hazırlanmış heft məhsullarını "məhlullar" və "durulaşdırıcılar" adı altında qeyri-qanuni olaraq xaricə satmaqda günahlandırmışdı. 2012-ci il üçün Rusiyanın təxmini itkisi 2 mlrd. dollar qiymətləndirilmişdi.

News Photo

ARDNŞ Montoneqroda hərbi ərazini istirahət zonsına çevirəcək

Montoneqro keçmiş hərbi ərazisini 258 milyon avroya (319 milyon dollar) istirahət zonasına çevirmək üçün Azərbaycan Dövlət neft Şirkətini (SOCAR) seçib.

Icarə müqavilənin ilk dörd ilində ARDNŞ-ın istirahət zonasının inkişafına ən azı 52 milyon avro sərmayə yatıracağı gözlənilir vəya tam olaraq icarənin ilk 8 ili ərzində 258 milyon avro yatıracaq. Məlumatı Montoneqronun Özəlləşmə və Kapitallaşma layihələri naziri verib.