News Photo

Azərbaycan Qarabağı "tanıdığına" görə Tanzaniyadan inciyib

Azərbaycan Afrika dövlətin Tanzaniyaya etiraz notası göndərib. Məlumatı XİN nümayəndəsi Elman Abdullayeva istinadən "Trend" yayıb.

Qeyd olunan məlumata görə Bakıda narazılığı o yaradıb ki, Tanzaniya XİN-in saytında tanınmamış Dağlıq Qarabağ Respublikası ayrıca ölkə kimi göstərilib.

News Photo

Flaminqo Dünya çempionatında ev sahibi Azərbaycanla qarşılaşacaq

Nigeriyanın Flaminqo klubu Azərbaycanda keçiriləcək 17 yaşa qədər qadınlar arasında FİFA 2012-ci il dünya çempionatında ev sahibi ilə qarşılaşacaq.

Yarış 22 sentyabr və 13 oktyabr arasında Bakı və Lənkəran şəhərlərində keçiriləcək. Hər qrupdan birinci iki yeri tutan komanda 1/4 finala vəsiqə qazanacaq.

Rəsmi püşkatma mərasimi iyulun 6-sı Bakıda Beynəlxalq Muğam Mərkəzində baş tutub. Flaminqo ev sahibi Azərbaycan və Kolumbiya, Kanada ilə birlikdə A qrupunda yer alıb.