Вестник Кавказа

Ölkə:
Rusiya
Dil:
Rus
Ünvan:
News Photo

Braziliyanın Azərbaycandakı səfiri: AGF turnirləri gözəl təşkil edir

Bakıda trampolin və tamblinq üzrə keçirilən Dünya Kuboku mükəmməl təşkil olunub, bunu bu gün Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro “Vestnika Kavkaza”-nın müxbirinə müsahibəsində deyib.

Turnir çox yaxşı təşkil edilib. Burada baş verənləri yaxşı qavrayan çoxlu sayda dostluq münasibətində olan könüllülər və gənclər vardır. Bu cür təşkilat çox səy tələb edir və AGF-nin buna əmək sərf etməsi gözəl haldır”, deyərək, əlavə edib ki, Braziliya Dünya Kubokunda iki gimnast tərəfindən təmsil olunur.