Reuters

Ölkə:
ABŞ
Dil:
Ingilis
Ünvan:

BP Azəri Şah Dəniz qaz hasilatını artırmağı, AÇG-də isə neft istehsalını sabit saxlamağı planlaşdırır

Bu il, BP Azərbaycanın Şah Dəniz qaz yatağında hasilatın həcmini artırmağı və Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarında hasilatı sabit saxlamağı planlaşdırır, BP rəsmisi bildirib.

Ötən həftə, BP-nin rəhbərlik etdiyi konsorsium bəyan etdi ki, keçən il AÇG-də gündə orta hesabla 584 min barel neft hasil edilmişdir, bu da ümumilikdə 29 milyon barel deməkdir və bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə demək olar ki dəyişməyib.

Azərbaycan 2019-cu ildə neft istehsalının sabit, qazın isə 20% artmasını gözləyir

2019-cu ildə, Azərbaycan neft hasilatının sabit qalmasını və qaz hasilatının 20 faiz artacağını gözləyir, dövlət enerji şirkəti ARDNŞ  bəyan edib.

Azərbaycan 2018-ci ildə 38.758 milyon ton neft (2017-ci illə demək olar eyni həcmdə), və 30.592 milyard kub metr qaz istehsal edib (2017-ci ildə hasil olunmuş 28.563 milyard kub metrdən çox).

News Photo

Azərbaycan Türkmənistan qazı üçün boru kəmərinin tezliklə inşasına şübhə ilə yanaşır

Azərbaycanın boru kəmərinin inşasına investisiya etmək planı yoxdur. Nazir layihənin Turkmənistan və Avropa şirkətlərinin öhdəliyinə qaldığını bildirib.

Azərbaycan Türkmənistan qazını Avropaya daşıyacaq Transxəzər boru kəmərinin inşasına sərmayə yatırmaqda maraqlı deyil və onun tezliklə hazır olacağını gözləmir, buna baxmayaraq layihəni dəstəkləyir. Bu fikirləri energetika naziri deyib.

News Photo

Wärtsilä şirkəti Azərbaycanda 384 meqavatt gücündə qaz elektrik stansiyası inşa edəcək

Effektiv elektrik stansiyaları həlləri üzrə dünyanın aparıcı şirkəti olan Wärtsilä Azərbaycanda 384 meqavatt gücündə stansiya tikmək haqqında müqaviləni qazanıb. Bu, şirkıtin indiyə qədər aldığı ən böyük sifariş olacaq. Hazır olduqdan sonra, Bakının yaxınlığında yerləşəcək Böyük Şor İES "Azərenerji" SC-yə veriləcək. Sifariş şirkətin 2012-ci ilin ikinci rübünə aid olan sifarişlərinə daxildir.

Stansiya təbii qazla işləyən 21 Wärtsilä 50SG mühərrikləri ilə təchiz olunacaq. İES-in 2013 ilin payızında istifadəyə veriləcəyi planlaşdırılır və Bakı regional şəbəkəsini elektrik enerjisi ilə təmin edəcək.

News Photo

Hindistanın İranda ən böyük neft alıcısı Azərbaycan və Səudiyyə Ərəbistanını seçir

Hindistanın İranda ən böyük neft alıcısı olan MRPL şirkəti iyul ayında İrandan idxal etdiyi xam nefti əvəzləmək üçün Azərbaycan və Səudiyyə Ərəbistan neftini almağa başlayıb. Şirkət bunu Tehrana qarşı qoyulan sanksiyalardan sonra daşımanın çətinləşməsi ilə əlaqələndirib.

Manqalor Neftayırma və Neftkimya (Mangalore Refinery and Petrochemicals-MRPL) zavoduna ixracatın itirilməsi ABŞ və Aİ ölkələrinin sanksiyalarının nəticəsində ötən illə müqayisədə xaricə satışı yarı dəfədən aşağı düşmüş İran üçün böyük zərbə olacaq. İranın, Qərbin fikrincə silah hazırlanmasına önəldilmiş nüvə proqramına qarşı qəbul edilmiş sanksiyalar ölkənin neft gəlirlərini kəsməyi nəzərdə tutur.