Лента-Ру

Ölkə:
Rusiya
Dil:
Rus
Ünvan:
News Photo

Azərbaycan Ladanın iki modelinin idxalına qadağa qoydu

Azərbaycanın Dövlət Gömrük Komitəsi oktyabr ayının 1-dən dövlət sığortası ilə Rusiya avtomobilləri olan "VAZ-21144" və "VAZ-21154"-ün idxalına qadağa qoydu. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, qadağaya səbəb bu modellərdə ABS sisteminin və ən azından bir təhlükəsizlik yastığının olmamasıdır.

News Photo

İran Xəzəri çirkləndirdiyinə görə Azərbaycanı cərimələməyə qərar verib

İran Azərbaycandan Xəzər dənizinin ekologiyasını korladığına görə cərimə tələb etmək niyyətindədir. Bu barədə "Payvand"-in məlumatına görə İran İslam Respublikasının Ətraf mühitin mühafizəsi təşkilatının dəniz departamentinin sədr müavini Abdul Rza Kərbasi bəyan edib.

O qeyd edib ki, Azərbaycan tərəfi dənizin təmizlənməsinə dair heç bir tədbirlər görmür və dənizdən neft hasilatı üçün köhnəlmiş avadanlıqlardan istifadə edir. Kərbasinin sözlərinə görə, rəsmi Tehran dənizin təmizlənməsi üçün xərclərin təxmini dəyərini hazırladıqdan sonra, həmin məbləği cərimə şəklində əldə etmək üçün ölkənin Xarici işlər nazirliyi bu məlumatı Azərbaycan hökümətinə yollayacaq.

News Photo

Azərbaycan Qarabağı "tanıdığına" görə Tanzaniyadan inciyib

Azərbaycan Afrika dövlətin Tanzaniyaya etiraz notası göndərib. Məlumatı XİN nümayəndəsi Elman Abdullayeva istinadən "Trend" yayıb.

Qeyd olunan məlumata görə Bakıda narazılığı o yaradıb ki, Tanzaniya XİN-in saytında tanınmamış Dağlıq Qarabağ Respublikası ayrıca ölkə kimi göstərilib.

News Photo

Azərbaycanın birinci prezidenti vətənə qayıtdı

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 20 il Rusiyada qaldıqdan sonra iyul ayının 7-si gece vətəninə qayıtdı.

Azərbaycanın ilk ölkə başçısının qayıdışı parlamentin eks-prezidentə cinayət məsuliyyətindən azad edən  "Keçmiş prezident və onun ailə üzvləri" haqqında qanunun qəbulundan sonra mümkün olub.