Интерфакс

Ölkə:
Rusiya
Dil:
Rus
Ünvan:
News Photo

Çindən "yer-hava" tipli raket alma cəhdinə görə britaniyalı 3 il yarım azadlıqdan məhrum edildi

Böyük Britaniyada yerli silah alverçisi Maykl Rencer 3 il yarım azadlıqdan məhrum edilib. O, Çin Xalq Respublikasından "yer-hava" tipli raket almaq və onu sonra Azərbaycana satmaq cəhdində ittiham olunur. Məlumatı Britaniya KİV yayıb.

Britaniya prokurorluğunun bəyanatında bildirilir ki. Rencerin Azərbaycanla münasibəti qeyri-qanuni olmaqla yanaşı, həm də çox təhlükəlidir. Britaniya prokurorlarının sözlərinə görə Rencer beynəlxalq silah alverçisidir və silahları qeyri-qanuni daşımaq üçün Honk-Qonk-da rəfiqəsinin adına qydiyyatda olan şirkətdən istifadə edirmiş.

News Photo

Azərbaycanla sıx əməkdaşlıq Şimali Qafqazda stabilliyin yaranmasına yardım edə bilər, Moskvada belə hesab edirlər

Azərbaycandakı tolerantlıq ideologiyasını Şimali Qafqaza daxil olması bu regionda gərginliyin aradan qalxmasına gətirib çıxara bilər. Bunu Rusiya prezidentinin Şimali Qafqaz federal vilayətindəki (ŞQFV) səlahiyyətli nümayəndəsinin müavini Serqey Subbotin bəyan edib.

«Biz Azərbaycandakı millətlərarası, konfessiyalararası, həmçinin terrorizmə qarşı mübarizədə olan müsbət cəhətlərdən istifadə edir və etməyə davam edəcəyik», - S.Subbotin «İnterfaks-Azərbaycan» agentliyinə deyib.