ИА REGNUM

Ölkə:
Rusiya
Dil:
Rus
Ünvan:
News Photo

Əliyev hara getsin - Qərbə, yoxsa Şərqə?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün öncə  REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. Bu, Azərbaycan liderinin son illərdə milli mətbuata verdiyi ilk eksklüziv müsahibədir. Düzdür, əslində, respublikadakı ictimai-siyasi həyatın vəziyyətini qiymətləndirən Əliyev, cari islahatlar və onların əsas məqsədləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafındakı vəziyyətə toxunaraq yeni bir şey söyləmədi. Səslənən tezislər daha öncə onun tərəfindən bu və ya digər şəkildə digər ictimai bəyanatlarda dilə gətirilmişdir. Ekspertlərin diqqətini isə başqa şey cəlb edib. Əliyevə sual veriləndə ki, niyə o ölkənin xarici siyasətini xarakterizə edərkən köhnə “balanslaşdırılmış siyasət” anlayışına bir də “milli maraqlar üzərində qurulmuşdur” cümləsini əlavə etdi. Prezidentin cavabı:

News Photo

Suriyadan olan bir neçə yüz qaçqın Azərbaycana gələ bilər

Suriyadan bir neçə yüz qaçqın Azərbaycana köçə bilər. Türkiyənin Dünya informasiya agentliyinin yaydığı məlumata görə hazırda Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyə hğküməti qaçqınların Azərbaycana köçürülməsinin mümkünlüyü haqqında danışıqlar aparırlar.

News Photo

Polşa Xarici işlər naziri: Rəsmi Varşava qondarma Dağlıq Qarabağ Respublikasını tanımır

Polşa Azərbycanın ərazi bütövlüyün dəstəkləyir və qondarma Dağlıq Qarabağ Respublikasın dəstəkləmir. Bunu 18 iyulda Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla apardığı danışıqların yekununda Polşa xarici işlər naziri Radoslav Sikorski bəyan edib.

Bununla yanaşı Sikorski bildirib ki, Azərbaycan və Ermənistan özləri münaqişənin həlli yolunu, o cümlədən də Dağlıq Qarabağın yekun statusunu tapmalıdırlar

News Photo

Ekspert: Belarusun Azərbaycanla neft danışıqları aparması Rusiyaya iynə sancmaqdır

"Rusiyanın belarus neft şirkətlərinin iqtisadi maxinasiyalarını araşdırdığı bir vaxtda Belarusun Azərbaycanla danışıqlar aparmasını Rusiyanın ünvanına növbəti sancma kimi hesab etmək olar," - "Energetika və maliyyə institutu" fondunun iqtisadi araşdırmalar sektorunun eksperti Serqey Aqibalov müsahibəsində bildirib.

Xatırladaq ki, iyulun 9-da Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç rəsmi Bakının Belarusa neft satmasına hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə azərbaycan xammalının idxalı məsələsi "prinsip etibarilə həll olub", və əlverişli konyuktura yaranan zaman bu məsələlər təşkil ediləcək. Bu da öz növbəsində, neft idxalının diversifikasiyasında "vacib faktora" çevriləcək. Qeyd edək ki, bundan əvvəl rus şirkətləri belarus hakimiyyətini Rusiya neftindən hazırlanmış heft məhsullarını "məhlullar" və "durulaşdırıcılar" adı altında qeyri-qanuni olaraq xaricə satmaqda günahlandırmışdı. 2012-ci il üçün Rusiyanın təxmini itkisi 2 mlrd. dollar qiymətləndirilmişdi.

News Photo

Rusiya "kosmik" potensialı Azərbaycanla balanslaşdırmaq üçün Ermənistana yardım edəcək

Roskosmos erməni tərəfi ilə Ermənistan üçün rabitə peyki yaratmaq haqqında memorandum imzalayıb. Bu haqda iyulun 9-u mətbuat konfransında agentliyin rəhbəri Vladimir Popovkin bildirib.

KİV-də yayılan məlumata görə sənəd Böyük Britaniyada beynəlxalq avikosmik salonda imzalanıb. Ermənista üçün sputniki Rusiyanın akademik Reşetnevin adina olan "İnformasiya pek sistemləri" ASC hazırlayacaq. Ermənistan tərəfindən memorandumu nəqliyyat və rabitə naziri imzalayıb.