DAWN

Ölkə:
Pakistan
Dil:
Ingilis
Ünvan:

Milli Məclisin spikeri Azərbaycanı çoxşaxəli ticarət və əlaqələrə dəvət edir

İSLAMABAD: Milli Məclisin Spikeri Əsəd Qeysər Azərbaycanın işgüzar dairəsini müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq üçün Pakistana səfərə dəvət edib.

Azərbaycanın səfiri Əli Fikrət oğlu Əlizadə cümə axşamı Milli Məclisin Spikeri ilə Parlament Binasında görüş keçirib.

Səfir ilə dialoqunda, cənab Qeysər hər iki ölkənin müxtəlif regional və beynəlxalq məsələlərdə ümumi fikir və qavrayışları bölüşdüyünü dilə gətirmişdir. O, həmçinin Azərbaycanın Pakistanın Kəşmir üzərindəki prinsipial mövqeyi ilə bağlı dəstəyini də yüksək qiymətləndirib.