Yeni tarixi bir film yoldadır: “Nargin Adası...” (, Türkiyə)

Yeni tarixi bir film yoldadır: “Nargin Adası...”

Azərbaycanın paytaxtı Bakıda yerləşən və Birinci Dünya Müharibəsi illərində minlərlə Türkün əsir olaraq tutulduğu “Nargin Adası” ağ pərdəyə köçürüləcək. Filmin çəkilişləri iyun ayında başlayacaq.

Birinci Dünya Müharibəsi zamanı mülki əsgər, qadın kişi minlərlə Türkün əsir tutulduğu Azərbaycanın paytaxtı Bakıda yerləşən Nargin Adası film olmağa hazırlaşır. “Cəhənnəm Adası Nargin” adlı filmin çəkilişləri bu ilin iyun ayında başlayacaq. 

YÜKSƏK MALİYYƏTLİ BİR FİLM OLACAQ

Böyükbiristehsalşirkəti tərəfindən ərsəyə gətirəcələk yüksək maliyyətli filmdə Türk və Azərbaycanlı aktyorlar yer alacaq. Filmin məsləhətçiləri arasında həyatını Sarıqamış və Cənub Cəbhəsindəki hadisələrinə həsr edən məşhur ürək cərrahı Prof. Dr. Bingür Sönməz və tarixçi Prof. Dr. Tufan Gündüz də var. Filmin kostyumlarını isə İngiltərə Kraliçası II Elizabeth-in “Lady”-lik ünvanı verdiyi, aralarında Lady Gaga-nın da olduğu bir çox dünyaca məşhuru geyindirən Türk modelyeri Zeynəb Kartal hazırlayır.

MİNLƏRLƏ TÜRK ƏSIR OLMUŞDU

1915-ci ildə Cənubi Anadolu bölgəsində başlayan Rus işğalı zamanı minlərlə Türk Rusiyadakı əsir düşərgələrinə aparılmışdı.Bu əsir düşəgərlərinin arasında ən sərt şəraiti olanların başında Bakıdan bir neçə km aralıda yerləşən Nargin Adası gəlirdi. 1915-1917-ci illərdə 20 mindən çox Türkün əsir tutulduğu adada minlərlə Türk şəhid olmuşdu.

SSENARİSİ 6 AYDA YAZILDI

Hələ də kütləvi məzarların olduğu və Türk tarixinin ən kədərli səhifələrindən biri olan Nargin Adası ağ pərdəyə köçürülür. Ssenarisi 6 ayın sonunda bitən filmin ümumi hekayəsini Orta Şərq İstehsal Layihə Məsləhətçisi Bülent Günal yazıb.

2 YAŞLI ƏSİR KÖRPƏ

“Cəhənnəm Adası Nargin” adlı film Nargin Adasındakı əsir günlərini, Azərbaycanlıların əsir Türkləri adadan qaçırtmaq üçün necə böyük səylə çalışdığını, eyni zamanda Türk və Azərbaycan dostluğunu gözlər önünə sərir. Bülent Günalın sözlərinə görə, Nargin Adası Türk tarixinin unudulmuş bir səhifəsidir: “Azərbaycanlılar Nargini “Kərbəla torpağı”, Ruslar isə “İlanlı Ada” adlandırır. Qışda mənfi 40 dərəcə soyuğun, yayda isə boğucu istilərin qovurduğu Nargin Adasında  2 yaşlı körpələr də, 80 yaşlı nənələrimiz də əsir tutulub. Nargin Adası məsələsini gündəmimizə salıb diqqətlə baxdıqdan sonra gördük ki, bu ada özündə o zaman yaşananlar haqqında bir-birindən heyrətamiz hekayələr gizlədir”.

“VECİHİ HÜRKUŞ ORADAN QAÇIRILDI”

Günal sözlərinə belə davam etdi: “Nargin Adası hər nə qədər əsir günlərində böyük acılara səhnə olsa da, özündə bir qəhrəmanlıq da ehtiva edir. Deyə bilərəm ki, Nargin Türk və Azərbaycan dostluğunun ən zirvədə olduğu dövrü təmsil edir. Insanlar “Cəhənnəm Adası Nargin” filmini izlədiklərində niyə Türkiyə və Azərbaycan üçün “iki dövlət bir millət” dediklərini daha yaxşı anlayacaqlar. Türklər adada əsir tutularkən Azərbaycanlı gənclər Bakıda dənizə çörək atırdılar ki bu çörəklər aclıqdan qırılan adaya çatsın. Bakıda yardım birlikləri qurulurdu. Hacı Zeynalabdin Tağıyev kimi varlılar böyük təhdidləri gözardı edərək adaya yardım aparırdı. Və sonunda adadakı başda Türk əsgərləri olmaqla bütün əsirlər qaçırılmağa başlandı. Qaçırılan əsgərlər arasında ilk döyüş pilotumuz olan Vecihi Hürkuş da olub. Türk əsgərləri arasında Bakıda qalıb Azərbaycan ordusu ilə birlikdə çiyin-çiyinə döyüşüb şəhid olan əsgərlərimiz də var. Nargin hardan baxılırsa baxılsın, kədərli olduğu qədər həm də bir qəhrəmanlıq dastanıdır”.

GERÇƏK HEKAYƏDƏN İLHAM ALINIB

“Cəhənnəm Adası Nargin” filmin mövzusu Ərzurumun Umudum Kəndindən əsir alınıb Narginə aparılan 8 yaşlı Mustafanın Kolağası Halit bəy ilə əsgərləri Mümin Çavuş, İğdırlı Yusif və Pəhlivan Hamza tərəfindən xilasetmə səyləri haqqındadır. Gerçək hekayələrdən ilham alınaraq böyük bir qrupla ssenarisi yazılan filmdə Türk əsirləri xilas etmək üçün bütün sərvətini xərcləməyi gözə alan Azərbaycanlı məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mühüm yer alır. Filmdəki gerçək xarakterlər arasında həkim Nərmin Nərminov və Ayşə Ana kimi yardımsevər Azərbaycanlılar yer alır.

2019-DA EKRANA GƏLMƏSI PLANLAŞDIRILIR

Filmin prodüserliyini isə Sancak Medya, Diler Medya və Orta Şərq İstehsalın birləşərək qurduğu Medya Küp İstehsal şirkəti öz üzərinə götürüb. Filmin 2019-cu ildə ekrana gəlməsi gözlənilir.

Nəşr olunub:

Türkiyə regionuna aid digər nəşrlər

3 nəsil yenidən meydanda

Dizlərindən yara alan və futbol həyatları iflasa uğrayan Azərbaycanın yaşıl meydanlarında fırtına kimi əsmiş 3 nəsil futbolçuları Ramiz Məmmədov, Afdandil Hacıyev və Ruslan Hacıyev bir Türk həkimin etdiyi əməliyyat ilə öz sağlamlıqlarına qovuşmuşlar. Hər üç futbolçu “Onun oğlu kimi olduq” deyir.

Enerjidə açar ölkə Türkiyə

TANAP-ın vaxtında tamamlandığını və bir neçə ay içində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işlərinin bitəcəyini açıqlayan nazir Dönməz, “TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi güclənəcək” dedi.

"Türkiyə - Azərbaycan Ortaq Miras" tədbiri

“Türkiyə-Azərbaycan Ortaq Miras” proqramında, Azərbaycan Dövlət Rəqs Ansamblı səhnə aldı. Tədbir İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən Lütfi Kırdar Konqres və Sərgi Sarayında keçirildi. 

Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzinin (Hazarfem) təşkilatı ilə təşkil edilən tədbirdə, Hazarfem-in Sədri Nuran Acar iki ölkə qardaşlığının uzun illərdir davam etdiyini söylədi.