Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə (, ABŞ)

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Bu yaxınlarda radio həmkarım John Batchelor-u bu sürətlə dəyişən ölkəyə enerji partlayışının bölgənin geosiyasətinə necə təsir etdiyini canlı şəkildə görmək üçün fakt-araşdırma missiyasında müşayiət etdim. Evdə təbii yanacağın zərərləri barədə davamlı xəbərlər eşidən bir amerikalı ziyarətçi üçün ən təəccüblü olan bu ölkənin səmimi və cəsarətli qucağıdır.

Azərbaycanda bütün söhbətlər neft, təbii qaz, boru kəmərləri, beynəlxalq sazişlər haqqındadır. Neft və qaz Azərbaycan ÜDM-in 41 və ixracının 90 faizini təşkil edir. Burada “yaşıl yeni saziş” müzakirə olunmur. Aleksandra Okasio Kortezin iqlim dəyişikliyi, avtomobil və təyyarə dövrünün sonlandırılması haqqında həyəcanlı xəbərdarlıqları yoxdur. Əksinə, Sovet təzyiqi altında keçən onilliklərdən sonra əsasən neft və qazla idarə olunan kapitalizm möhkəm kök salmış və  transformativ iqtisadiyyat başlamışdır.

Azərbaycan dünyadakı ilk neft quyusu və tankerinin vətənidir. (19-cu əsrin sonlarında Bakıda neft tapan İsveçin Nobel qardaşları tərəfindən tikilən şirkət tez zamanda dünyanın ən böyük neft şirkətinə çevrilir və Rokfellerin Standard Oil-dən sonra ikinci yeri tutur.  Nobel qardaşları həmçinin bütün mənfəətlərin 40 faizini xeyirxah məqsədlərə sərf edən qabaqcıl sosial-yönümlü biznes-model də təqdim ediblər.)

Şimaldan Rusiya, cənubdan İranla əhatə olunan və Ermənistan ilə münaqişədə olan Azərbaycanın iqtisadi partlayışı yerləşdiyi sərt qonşuluq vəziyyətini nəzərə alanda daha da çox təsir bağışlayır. Bəzi qonşularından fərqli olaraq Azərbaycan İslam ekstremizmi və onun qeyri-stabil təsirindən azaddır. Ölkənin şərq sərhədi onu mühüm tranzit və qlobal enerji axınının mərkəzinə çevirən Xəzər Dənizidir.

Səfərim boyunca mən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşdüm və British Petroleum ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən və Xəzər Dənizinin nəhəng enerji resurslarının Aralıq Hövzəsinə səyahətinin başladığı Sanqaçal neft və qaz terminalında oldum. Exxon Mobile və Chevron kimi Amerika şirkətləri, həmçinin French Total kimi beynəlxalq şirkətlər də qərbə istiqamətlənən həvəsli istehlakçı bazarlara enerji çatdırmaq üçün birlikdə işləyirlər. Yeni Cənub Qaz Dəhlizi də Sanqaçaldan başlayacaq və birbaşa Avropaya uzanacaq. 

Nəticədə, Rusiya enerji mənbələrinə olan asılılıq birdən-birə azaldı və bu da mühüm geosiyasi dəyişikliklərə gətirib çıxardı. 70 illik Sovet idarəsindən sonra Azərbaycanın qonşularının (və Avropanın) Rusiya qazından asılılığının azalmasındakı rolu çox xoşagələn dəyişiklikdir.

Həmçinin aydındır ki, enerji Azərbaycan iqtisadiyyatı üçün lazımdır, amma kifayət deyil. Diversifikasiya aqrobiznesi inkişaf etdirmək və xarici sərmayəni cəlb etmək üçün əsas prioritetdir.

Neft və qazın dominantlığına baxmayaraq hökumət külək də daxil olmaqla yenilənən enerji resurslarına şaxələnir. Bir çox sənaye rəsmiləri ətraf mühit müzakirələrinə dair həssaslıqdan danışır. Bölgədə enerjinin böyük hissəsinin keçdiyi müasir Bakı limanı “ekoloji cəhətdən səmərəli” olmaq üçün inşa edilmişdir.

Eyni zamanda, solçuların təbii yanacağı çirkin sözə çevirdiyi ABŞ və Qərbdən fərqli olaraq, Azərbaycanda o, xalqı məhv edən sosialist kasıblıqdan çıxardıb iqtisadi çiçəklənməyə kömək etdiyi üçün qürur mənbəyidir.

Bir çox müasirləşən iqtisadiyyatlar kimi Azərbaycan təzadlar ölkəsidir. Çar xarabalıqları lüks mağazalarla yan-yana durur, qabaqlarından da həm köhnə sovet Ladaları, həm də Mercedes-Benz-lər  keçir. Ölkənin stratejik vəziyyəti onu göstərir ki, o, təkcə iqtisadi arenada deyil, həm də geostrateji planda güclü oyunçu ola bilər.  

Azərbaycan İslam dünyasında ilk demokratik, dünyəvi, parlamentar və qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur. Dünyanın bu hissəsində sosial və siyasi stabillik  nadir rast gəlinir. Bu, Azərbaycan üçün neft və qazdan daha dəyərli xəzinə ola bilər.

Türkiyənin avtoritarizmə və islamçılığa olan reqresiv münasibətini nəzərə alsaq, Azərbaycanın müsəlman çoxluğu olan aparıcı dünyəvi dövlət kimi onu əvəz etməsi üçün bütün imkanları vardır. Yeni İpək Yolunun bu mövqeyi bu liderlik üçün xüsusi hazırlanmış və buna tam hazırdır.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.

ABB restrukturizasiyanı tamamlayıb investisiya şirkəti qurur

Dövlət tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Bankı (ABB) bərpa işlərini başa çatdırıb, investisiya şirkətini qurmağa və planlaşdırılan özəlləşdirməyə hazırlaşır, bankın İdarə Heyətinin sədri Reuters-ə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə neftlə zəngin ölkənin ən böyük bankının təmizlikdən sonra yanlış idarəetmə nəticəsində yaranan problemli aktivlərdən xilas olmaq üçün əmr verib.