Xocalı soyqırımının 27-ci ildönümü Gürcüstanda qeyd olunub (HABERLER.COM, Türkiyə)

Xocalı soyqırımının 27-ci ildönümü Gürcüstanda qeyd olunub

Azərbaycan səfirliyi tərəfindən Gürcüstanın Kvemo-Kartli bölgəsinin Marneuli rayonunda Xocalı soyqırımının 27-ci ildönümünə aid anma mərasimi keçirilib. Ermənilərin 1992-ci ilin 26 fevral tarixində Dağlıq Qarabağın Xocalı rayonunda törətdikləri qətliamda həyatını itirən insanların xatirəsi Gürcüstanın Kvemo-Kartli bölgəsinin Borçalı Türklərinin çoxluq təşkil etdiyi Marneuli rayonunda keçirilən mərasim ilə anıldı. 

Qətliamın 27-ci ildönümünə həsr olunan mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli bölgəsinin qubernator köməkçisi Zaur Darğallı, millət vəkilləri Ruslan Haciyev, Tamaz Naveriani, Marneuli fəalları, gənclər, jurnalistlər və ziyalılar iştirak etdilər. Azərbaycanın səfiri Dursun Həsənov öz nitqində Xocalı faciəsinin qısa tarixinə toxunaraq, bildirdi ki: “Təssüflər olsun ki, Xocalı soyqırımının failləri hələ də cəzalandırılmamışdır. Hər il, 26 fevralda, Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması üçün müxtəlif ölkələrdə müxtəlif tədbirlər keçirilir. Prezidentimizin qızı Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyasının bu istiqamətdə istisna xidmətləri vardır”.

“Gürcüstan tərəfi də bu qətliam üçün kədərlidir”.

İhlas Xəbər Agentliyinin müxbirinə müsahibə verən Kvemo-Kartli bölgəsinin qubernator köməkçisi Zaur Darğallı bu sözləri dilə gətirib: “Mən əminəm ki, beynəlxalq ictimaiyyət bu qətliamı uyğun şəkildə qiymətləndirəcək. Çünki, əgər regionda və dünyada sülh istəyiriksə, bu cür cinayətlər xatırlanmalı və anılmalıdır. Körpələrə və qadınlara qarşı törədilən cinayətlərin cavabı mütləq verilməlidir. Gürcüstan tərəfi də bu qətliamdan dolayı kədərlidir və bugünkü mərasim də bunun bir göstəricisidir”,

Millət vəkili Ruslan Hacıyev isə öz nitqində Azərbaycan və Gürcüstanın 20 faiz torpaqları işğal altında qalmağa davam edir və bununla bağlı bəyanatlardan başqa bir şey edilmir: “Dünya ictimaiyyətindən gözlədiyimiz şey gələcəkdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsidir. Bu məsələdə iki ölkəni dünya birliyi çərçivəsində bir çox ölkə dəstəkləyir. Türkiyə Cumhuriyyəti və başda Rəcəb Tayyip Erdoğan olmaqla hər zaman Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz inanırıq ki, hər iki ölkənin ərazu bütövlüyü təmin ediləcək və xalqımız gələcəkdə sülh içində yaşayacaq”.

Azərbaycan Respublikasının rəsmi açıqlamasına görə, 1992-ci ilin 26 fevralında 106-sı qadın, 83-ü körpə olmaqla ümumi olaraq 613 azərbaycanlı həyatını itirmişdir və bu qətliam Human Rights Watch təşkilatı tərəfindən Dağlıq Qarabağın işğalından bəri törədilən ən böyük miqyaslı mülki qırğını olaraq xarakterize edilmişdir.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.