Wärtsilä şirkəti Azərbaycanda 384 meqavatt gücündə qaz elektrik stansiyası inşa edəcək (Reuters, ABŞ)

Effektiv elektrik stansiyaları həlləri üzrə dünyanın aparıcı şirkəti olan Wärtsilä Azərbaycanda 384 meqavatt gücündə stansiya tikmək haqqında müqaviləni qazanıb. Bu, şirkıtin indiyə qədər aldığı ən böyük sifariş olacaq. Hazır olduqdan sonra, Bakının yaxınlığında yerləşəcək Böyük Şor İES "Azərenerji" SC-yə veriləcək. Sifariş şirkətin 2012-ci ilin ikinci rübünə aid olan sifarişlərinə daxildir.

Stansiya təbii qazla işləyən 21 Wärtsilä 50SG mühərrikləri ilə təchiz olunacaq. İES-in 2013 ilin payızında istifadəyə veriləcəyi planlaşdırılır və Bakı regional şəbəkəsini elektrik enerjisi ilə təmin edəcək.

Wärtsilä-nın əsas strateji hədəflərindən biri qaz elektrik stansiyaları bazarında artıma nail olmaqdır,  və bu sonuncu sifariş onun bu sahədə aparıcı yerini daha da möhkəmləndirir. Sirariş həmçinin dünyanın ən böyük qazla işləyən generator qurğusu olan  Wärtsilä 50SG mühərrikinin uğurunun sübutudur. Mühərrikin əsas üstünlüyü onun yüksək gücə malik səmərəli elektrik hasiletmə reytinqinin olmasıdır. Onun təbii qazla işləməsi tullantıların az olduğunun göstəricisidir və yüksək səmərəli mühəriklə yanaşı tullantının az olması onu bazarda rəqibsiz edir.

Wärtsilä Elektrik stamsiyaları qrupu vitse prezidenti  Vesa Riihimäk deyib: " Wärtsilä - nın artıq Azərbaycanda iştirakı və yüksək reputasiyası bu əhəmiyyətli sifarişlə daha da möhkəmlənəcək. Uzun illər ərzində biz Azərenerji ilə yaxşı münasibətlər yaratmışıq və enerji potensialını artırmaq üçün onunla yaxından işləmişik. Biz eyni zamanda qısa zamanda iş görmək bacarığımızı sübut etmişik, və bu da bu müqaviləni qazanmağımızın əsas səbəblərindən biri olub."

Azərbaycan və Xəzər dənizi regionu böyüməkdə olan vacib enerji bazarıdır. Wärtsilä 1990-cı ildən Azərbaycanda fəaliyyət göstərir. O artıq ümumi gücü 860 meqavatt olan yeddi elektrik stansiyası istifadəyə verib.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.