Ukrayna rus qazının idxalını azaltmaq istəyir (Российская Газета, Rusiya)

Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.

Bununla yanaşı əgər Rusiya uzunmüddətli müqavilələr üzrə daşımalarının həcminə yenidən baxsa 2016-2017-ci illərə kimi Ukrayna Rusiyadan "mavi yanacaq" idxalını 20-30% azalda bilər. Lakin hələki rus tərəfi bütün şərtləri saxlamaq istəyir. Keçmiş SSRİ məkanında təbii qaza olan tələbatın 90%-ının Rusiya Federasiyası tərəfindən ödəndiyinə baxmayaraq, "xarici" məhsul post-sovet ölkələrinin Rusiya ilə "qaz" danışıqlarında mövqelərini gücləndirə bilər.

Etni zamanda rəsmi Kiyev Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan və Rumıniya ilə boru kəməri vasitəsilə bu ölkələrdən keçməklə (TANAP layihəsi) Azərbaycan və Mərkəzi Asiya qazının idxalının həcmini dəqiqləşdirir. Bu daşımalar qısa yol ilə də mümkündür - 2007-2010-cu illərdə hazırlanmış transqaradəniz "Ağ axın" layihəsi. Yaxın günlərdə bu planlar haqqında Ukraynanın energetika naziri Yuriy Boyko məlumat verib.

Maraqlısı odur ki, Odessa yaxınlığında terminalın tikintisindən bir gün əvvəl Azərbaycan parlamenti TANAP layihəsinin həyata keçirilməsi haqqında beynəlxalq razılaşmanı ratifikasiya etdi. Azərbaycan Milli Məclisinin vitse-spikerinin dediyi kimi "TANAP-ın işə düşməsi 2017-ci ildə gözlənilir, onun dəyəri minimum 5 mlrd. $. Azərbaycan öz qazını xarici bazarlara çıxartmaq imkanı əldə edir". Dövlət Neft Şirkətindən verilən məlumata görə, hələli TANAP-da Azərbaycanın payı 80 faizdir, lakin layihənin sürətlənməsi üçün bu payın 29%-nı digər şirkətlər əldə edə bilər.

Azərbaycan tərəfi Ukraynanın Rusiyaya qarşı qazən qiymətinin azaltmaq haqqında olan tələbini de-fakto dəstəkləyir. Beləki 19 noyabrda Azərbaycanın Ukraynadakı səfiri bəyan edib, "bugün Ukrayna qazı dünyada ən baha qiymətə alır və bu ədalətli deyil".

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.