Türkiyə və Azərbaycanın ortaq dəyəri Əhməd Ağaoğlu haqqında qısa sənədli film (Anadolu Ajansı Türkiyə)

Anadolu Agentliyi (AA) siyasətçi, hüquqşünas, yazıçı və jurnalist Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə Ağaoğlunun həyatı haqqında qısa sənədli film hazırlamışdır.

AA, 1869-cu ildə Azərbaycanda doğulan, həyatının böyük hissəsini Tükiyədə siyasət və düşüncə dünyasına töhvə verərək keçirən siyasətçi, hüquqşünas, yazıçı və jurnalist Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə Ağaoğlunun həyatı haqqında qısa sənədli film hazırlamışdır.
Əhməd Ağaoğlu kimdir?

AA və Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşlığı çərçivəsində hazırlanan “Əhməd Bəy Ağaoğlu:Türk Dünyasının Mübarizəsinə Həsr Olunan Bir Ömür” başlıqlı sənədli film  Ankara Universiteti Hüquq Fakültəsində təşkil olunacaq “Ortaq Dəyərimiz Əhməd Ağaoğlu” adlı konfransda nümayiş etdiriləcək.

Əhməd Ağaoğlunun həyatından bəhs edən videoda, Azərbaycanın Ankaradakı Səfiri Xəzər İbrahim, Azərbaycanın Budapeştdəki Səfiri Vilayət Quliyev, Dağlıq Qarabağ Azərbaycan İcmasının Sədri Tural Gəncəliyev,  Dos. Dr. Mehmet Ufuk Özcan ilə Əhməd Ağaoğlu-nun adını daşıyan nəvəsi Əhməd Ağaoğlu yer alıb.

Çəkilişi və qurğusu AA-nın Ankara, İstanbul, Bakı, Budapeşt, Adana komandaları ilə hazırlanan qısametrajlı sənədli film, Azərbaycanın Ankaradakı səfirliyi və Çapar Tarix Jurnalının redaktoru Dilqəm Əhmədin əməkdaşlığı ilə ərsəyə gətirilmişdir.

Ağaoğlunun Ankara Hüquq Məktəbi qurucularının da iştirakı ilə hazırlanan və “Əhməd Bəy Ağaoğlu:Türk Dünyasının Mübarizəsinə Həsr Olunan Bir Ömür” başlıqlı sənədli filmin nümayiş etdiriləcəyi konfrans sabah saat 14.30-da Ankara Hüquq Fakültəsində başlayacaq.

Ağaoğlu 1869-cu ildə Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində anadan olub.

Ibtidai təhsilini Şuşada, daha sonra isə Tiflisdəki Rus Gimnaziyasında tamamlayan Ağaoğlu 1888-ci ildə Peterburqa gedərək Mühəndislik Fakültəsinə daxil olur, lakin səhhəti ilə problem səbəbi ilə öz ölkəsinə qayıtmalı olur.

Daha sonra Ağaoğlu, 1889-cu ildə Paris Sorbon Universiteti Hüquq Fakültəsinə daxil olur və bununla da Azərbaycandan Avropaya təhsil almağa gedən ilk adam olur.

Parisdəki təhsilini 1894-cü ildə tamamlayan Ağaoğlu ilk öncə İstanbula, daha sonra vətəni Şuşaya və Bakıya köçür. Bakıda bəzi qəzetlərdə işləyir və müxtəlif məktəblərdə Fransız dərsi keçir.

Azərbaycanda Həyat, İrşad və Tərəqqi qəzetlərini çıxaran Ağaoğlu Qafqazda 1905-ci ildə Qafqazda erməni-türk qarşıdurması başlayanda türk xalqının silahlı düşməndən müdafiəsini həyata keçirən Difai Partiyasını qurur.

Rusiyadakı Türk ziyalılarına qarşı artan təzyiq və təqiblərin ardından Bakını tərk edən Ağaoğlu 1909-cu ildə İstanbula getməli olur.

İstanbulda Türk millətçilik hərəkatının liderlərindən olan Ağaoğlu bir müddət tarix müəllimi və təhsil müfəttişi olaraq çalışır və Süleymaniyyə Kitabxanasının direktoru olur.

1912-ci ildə Afyonkarahisar millət vəkili və Birlik və Tərəqqi Komitəsinin mərkəzi komitəsinin üzvü olan, 1918-ci ildə Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun müşaviri vəzifəsini icra edən Ağaoğlu, Azərbaycan parlamentinin üzvü seçilərək bir müddət orada qalır.

Ağaoğlu 1918-ci ildə Paris Konfransına gedərkən İngilislər tərəfindən tutulur və Maltaya sürgünə göndərilir.

Ağaoğlu, sürgündən azad edildikdən sonra 1921-ci ildə Ankaraya qayıdır, Milli Mübarizəyə qoşulur və Atatürkün başçılıq etdiyi Ankara hökuməti tərəfindən Mətbuat və Kəşfiyyat Baş direktoru (Mətbuat və Nəşrlər Baş direktoru) təyin edilir.

Hakimiyet-i Milliye qəzetinin baş redaktoru olaraq yazan Ağaoğlu, Türkiyə Böyük Millət Məclisinə Qarsdan ikinci və üçüncü müddətə millət vəkili seçilir. Siyasətlə paralel olaraq təhsil sahəsini də tərk etməyən Ağaoğlu, Ankara Hüquq Məktəbində konstitusiya dərsləri verir.

Bu dövrdə Atatürk Ağaoğluna Ziya Gökalp ilə birgə 1924 Təşkilat Qanununu hazırlamaq tapşırığını verir.

Ağaoğlu, 1925-ci ildə, 6 aprel 1920-ci ildə İstiqlal Müharibəsini elan etmək üçün qurulan Anadolu Agentliyinin (AA) anonimləşdirilməsindən sonra AA İdarə Heyətinin sədri seçilib.

Əhməd Ağaoğlu, 1930-cu ildə Atatürkün tələbi ilə Azad Respublika Partiyasının qurulmasında iştirak edib, partiyanın proqram və nizamnaməsini yazıb.

Azad Respublika Partiyasının xitamından sonra Ağaoğlu aktiv siyasətdən uzaqlaşaraq İstanbuldakı Darülfünun hüquq tarixi professoru olub.

Darülfünun 1933-cü ildə universitetə çevrildiyi zaman təqaüdə çıxan Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat edib.


Nəşr olunub:

Türkiyə regionuna aid digər nəşrlər

Yeni tarixi bir film yoldadır: “Nargin Adası...”

HABERTÜRK

Azərbaycanın paytaxtı Bakıda yerləşən və Birinci Dünya Müharibəsi illərində minlərlə Türkün əsir olaraq tutulduğu “Nargin Adası” ağ pərdəyə köçürüləcək. Filmin çəkilişləri iyun ayında başlayacaq.

3 nəsil yenidən meydanda

Cumhuriyyet

Dizlərindən yara alan və futbol həyatları iflasa uğrayan Azərbaycanın yaşıl meydanlarında fırtına kimi əsmiş 3 nəsil futbolçuları Ramiz Məmmədov, Afdandil Hacıyev və Ruslan Hacıyev bir Türk həkimin etdiyi əməliyyat ilə öz sağlamlıqlarına qovuşmuşlar. Hər üç futbolçu “Onun oğlu kimi olduq” deyir.

Enerjidə açar ölkə Türkiyə

Milliyet

TANAP-ın vaxtında tamamlandığını və bir neçə ay içində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işlərinin bitəcəyini açıqlayan nazir Dönməz, “TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi güclənəcək” dedi.