"Türkiyə - Azərbaycan Ortaq Miras" tədbiri (CNN türk Türkiyə)

“Türkiyə-Azərbaycan Ortaq Miras” proqramında, Azərbaycan Dövlət Rəqs Ansamblı səhnə aldı. Tədbir İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən Lütfi Kırdar Konqres və Sərgi Sarayında keçirildi. 

Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzinin (Hazarfem) təşkilatı ilə təşkil edilən tədbirdə, Hazarfem-in Sədri Nuran Acar iki ölkə qardaşlığının uzun illərdir davam etdiyini söylədi.

Azərbaycan Dövlət Rəqs Ansamblının Azərbaycan üçün ən əhəmiyyətli təməl daşıyıcı olduğunu deyən Acar, onu da əlavə etdi ki: “Rəqs dünyanın hər yerində yeganə ortaq dildir. Cəmiyyətlər öz təcrübələrini, mədəniyyətlərini, tarixlərini, dərdlərini və sevinclərini məhz rəqslə təqdim edirlər. Hər rəqs hərəkəti bir kəlimədir. Hər rəqsin sonunda siz böyük bir mətn əldə edirsiniz”.

Birlik, ortaq dil, tarix və mədəniyyətə sahib olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağının daha da gücləndirməsi nəzərdə tutulan tədbirin ilk hissəsində, Azərbaycan mədəniyyətinin nümunələrini təqdim edildi.

“Mənim Azərbaycanım” adlı hissədə “Qavalla lirik rəqs”, “Bəy rəqsi”, “Toy rəqsi”, “Tərəkəmə rəqsi”, “Bahar rəqsi” kimi 11 müxtəlif performans nümayiş olundu.

Proqramın ikinci hissəsində isə Koroğlunun qəhrəmanlığı haqqında olan “Koroğlu Milli Baleti” təqdim olundu.

Nəşr olunub:

Türkiyə regionuna aid digər nəşrlər

Yeni tarixi bir film yoldadır: “Nargin Adası...”

HABERTÜRK

Azərbaycanın paytaxtı Bakıda yerləşən və Birinci Dünya Müharibəsi illərində minlərlə Türkün əsir olaraq tutulduğu “Nargin Adası” ağ pərdəyə köçürüləcək. Filmin çəkilişləri iyun ayında başlayacaq.

3 nəsil yenidən meydanda

Cumhuriyyet

Dizlərindən yara alan və futbol həyatları iflasa uğrayan Azərbaycanın yaşıl meydanlarında fırtına kimi əsmiş 3 nəsil futbolçuları Ramiz Məmmədov, Afdandil Hacıyev və Ruslan Hacıyev bir Türk həkimin etdiyi əməliyyat ilə öz sağlamlıqlarına qovuşmuşlar. Hər üç futbolçu “Onun oğlu kimi olduq” deyir.

Enerjidə açar ölkə Türkiyə

Milliyet

TANAP-ın vaxtında tamamlandığını və bir neçə ay içində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işlərinin bitəcəyini açıqlayan nazir Dönməz, “TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi güclənəcək” dedi.