Sinif otaqlarının daxilində və xaricində İsrail və Azərbaycan ‘bir-birini dost kimi görür’ (JUF News, ABŞ)

Sinif otaqlarının daxilində və xaricində İsrail və Azərbaycan ‘bir-birini dost kimi görür’

Hayfanın mərkəzdən kənar Kiryat Bialik bölgəsində yerləşən məktəbdə robot texnikası üçün istifadə edilən masa ilə şahmat oynayan şagirdlərin masası arasındakı mühiti görən otağı səhvən oyun zalına bənzədə bilərdi.

"Lego" parçalarından, mühərrik və sensorlardan qurulmuş, eni və uzunluğu 5 düym olan düzbucaqlı formasında robot stolun üzərində təkərlə irəliləyib geri dönmüş və onun hərəkətləri yanvar ayının ortasında İsrailin orta məktəbinə ilk dəfə səyahətə gələnləri heyran qoymuşdur.

Hayfanın mərkəzdən kənar Kiryat Bialik bölgəsində yerləşən məktəbdə robot texnikası üçün istifadə edilən masa ilə şahmat oynayan şagirdlərin masası arasındakı mühiti görən otağı səhvən oyun zalına bənzədə bilərdi. Bu isə əksinə gənc beyinlərin və öz vətənlərində reallaşdırmaq üçün buna potensial model kimi baxan Azərbaycandan gəlmiş müəllimlərin inkişafında əsas resursdur.

10 orta məktəb direktoru və təhsil nazirliyinin 2 nümayəndəsindən ibarət Azərbaycandan olan 10 nəfərlik qrup İsrailin məşhur staratap iqtisadiyyatını stimullaşdırmağa kömək etmiş sistemlə tanış olmaq üçün bir həftəliyinə İsrailə gəlmişlər.

Xəzər Dənizi boyunca 10 milyon əhalisi olan keçmiş Sovet dağlıq respublikası Azərbaycan öz imkanlarını elm, innovasiyalar və yaradıcılıqda inkişaf etdirməyə niyyət edir və İsraili bu istiqamətdə mayak kimi görür. Yanvar nümayəndə heyətinin ardınca 50 nəfər Azərbaycanlı şagird təhsil sistemini daha dərindən tədqiq edəcək və bu, İsrailli mütəxəssislərin cavab səfərləri ilə davam edəcək. Səfərlər, sentyabrda başlayan növbəti məktəb müddəti zaman Azərbaycanın təhsil sisteminə dəyişikliklər etmək məqsədini daşıyır.

2005-2009-cu illərdə İsrailin Azərbaycandakı səfiri vəzifəsində işləyən Artur Lenk, innovasiya iqtisadiyyatını başladacaq “Azərbaycan uşaqlarının yeni nəslinin yaradılmasında” Yəhudi dövlətinin səylərini “xoş hekayə” adlandırdı.  

İranla sərhəddə yerləşən Azərbaycanın müsəlman çoxluğu ilə dünyəvi ölkə olduğunu nəzərə alaraq, bu cür əməkdaşlıq İsrail üçün xüsusilə vacibdir. 1992-ci ildə diplomatik əlaqələrinin yarandığından bəri ikitərəfli ticarət müdafiə və enerji sektoruna yönəlmişdi; İsrail benzininin üçdə biri Azərbaycandan idxal olunur.  

Azərbaycan nümayəndə heyətinin bir neçə üzvü jurnalistə müsahibələrində təhsil haqqında mövzuları üstün tutaraq geosiyasət və strateji ittifaqların müzakirəsindən yayınmışlar.

Səfərin təməli 2017-ci ilin sonlarında xarici işlər nazirliyinin o zamankı məsləhətçisi Lenk və onu qəbul edən təhsil naziri Mikayıl Cabbarov arasında Bakıda keçirilən görüşdə qoyulmuşdu. O vaxta qədər Azərbaycan İsrail müdafiə texnikasını 4 milyard dollara almış və onları istifadə edəcək adamların texniki biliklərini təkmilləşdirmək üçün çalışırdı. 

Lenk onun tərəfdaş seçimində tez bir zamanda "ORT İsrail"in üzərində dayandığını bildirmişdi. Bu, elm və texnalogiya təmayüllü, həmçinin İsrailin digər məktəb sistemlərində istifadə olunan tədris planını yazan 200 ibtidai və orta məktəbdən ibarət şəbəkədir. ORT-nin yenilikçi pedaqogikası müəllimlər arasında, tələbə layihələrində, Lego robot texnikası və şahmat masalarının qarışdığı sinif otağındakı kimi şagirdlərin intellektual məşğuliyyəti üçün çoxistiqamətli əməkdaşlığı ehtiva edir.

“Biz təhsilimizi dəyişməyə çalışırıq. Biz digər təhsil sistemləri ilə eyni səviyyədə olmaq istəyirik”, Azərbaycan təhsil nazirliyinin rəsmisi Emin Əmrullayev nümayəndə heyətinin İsraildəki ilk günündə Kiryat Tivonun şimalında məktəbi ziyarət zamanı demişdir.

“Əgər, məktəbə dəyişikliyi indi gətirməsək, 20 il sonra uşaqlar ciddi çətinliklərlə üzləşəcəklər. Indiyəcən İsraildə gördüyümüz şey layihə əsasında, xüsusilə müxtəlif dərəcələrdən uşaqların iştira edə biləcəyi təhsilin parlaq nümunəsidir”, Əmrullayev qeyd etdi. O, həmçinin, bildirdi ki, süni intellekt və robot texnikasının öyrədilməsi ona çox təsir etmişdir.

Kiryat Bialik məktəbində, gənc müəllim ziyarətçilərə dedi ki, direktor ona ingilis dili fənnindən başqa hansı fənnə marağı olduğunu soruşub. Astronomiya deyə cavab verib və ona bu fənni də öyrətmək tapşırılıb. Keçən il onun tələbələri işıq çirklənməsi və asteroidlərin yer kürəsi ilə toqquşma potansialının qiymətləndirilməsi layihələrində iştirak ediblər.

Onun cari tələbələrindən biri Eden Yosefin Bakıda kökləri var: ora onun atasının vətənidir və nənəsi və babası hələ də orada yaşayırlar.

Azərbaycan müəllimlərinin səfəri “əladır, çünki çox lovğalanmaq istəmirəm, ancaq İsrail texnoloji olaraq çox qabaqdadır və innovativ üsullarla öyrədir”.

Bu, belədir. ORT məktəblərinin şagirdlərinin  dərs zamanı və sərbəst vaxtlarında robot texnikasına marağı Bakı direktoru Sevinc Orucovanın diqqətini cəlb edib. Onun dediyinə görə, burada şagirdlər bir çox İsrailli kimi elmə və mühəndisliyə əsasanan milli layihələrdə iştirak edirlər. 

Israilin yanaşması “biraz xüsusidir” - o, dedi. “Bu onların İQ-lərini təkmilləşdirir, lakin sadəcə İQ-lərini deyil”, 

Gələn sentyabrdan, bəzi Azərbaycan məktəbləri İsrail müəllimləri tərəfindən müəyyən olunan sistemlə inteqrasiya robot texnikasına başlayacaq. Aerodinamika da daxil olmaqla elmi təhsilə yönələn gələcək əməkdaşlıq təklif olunmuşdur.

Lenk qeyd etdi: "Əsas bacarıqları paylaşmağımızda və bir birimizi dost kimi görməkdə fayda vardır." 

Yaxın Şərq regionuna aid digər nəşrlər

Şərca Hökuməti Azərbaycanla mədəni əməkdaşlığı müzakirə etmişdir

Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl-Qasiminin başçılığı ilə Şərca hökumətindən olan nümayəndə heyəti Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevlə Şərca Əmirliyi və Azərbaycan Respublikası arasında mədəni əməkdaşlığın istiqamətlərini müzakirə etmişdir.

Azərbaycan səfirliyi Xocalı qətliamının 27-ci ildönümünü qeyd edir

Azərbaycan xalqı bütün Xocalı şəhidlərini xatırlayır və heç vaxt unutmayacaq. O öz ərazi bütövlüyü uğrunda mübarizə aparmağa və Azərbaycana qarşı törədilmiş qətliamların faillərini ədalətə təslim etməyə davam edəcək, Azərbaycan səfirliyinin Xocalı soyqırımının 27ci ildönümündə verdiyi bəyanatda deyilir.