Şərca Hökuməti Azərbaycanla mədəni əməkdaşlığı müzakirə etmişdir (Sharjah 24, BƏƏ)

Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl-Qasiminin başçılığı ilə Şərca hökumətindən olan nümayəndə heyəti Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevlə Şərca Əmirliyi və Azərbaycan Respublikası arasında mədəni əməkdaşlığın istiqamətlərini müzakirə etmişdir.

Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev Şərca Əmirliyinin Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl-Qasıminin başçılığı etdiyi və Şərca İrs İnstitutunun direktoru doktor Əbdül-Əziz Əl-Müsəllimdən ibarət nümayəndə heyətini BƏƏ-nin Bakıdakı səfiri cənab Məhəmməd Əl-Qubeysinin iştirakı ilə qəbul etmişdir.

Söhbət zamanı irs, mədəniyyət məsələləri ilə məşğul olan qurum və idarələr arasında birgə əməkdaşlığın gücləndirilməsi yolları, tərəflər arasında təcrübə mübadiləsi müzakirə edilmiş, o cümlədən Bakı və Şərca arasında sərgi və tədbirlərə ev sahiblikəri edilməsinin mümkünlüyü barədə danışıqlar aparılmışdır.

Şərca Əmirliyinin Hökumət əlaqələri üzrə İdarəsinin sədri  Şeyx Fahim bin Sultan Bin Xalid Əl-Qasımi qeyd etmişdir ki, bu səfər insanlar arasında dialoqun qurulmasına, dünya xalqları arasında harmoniya və qarşılıqlı anlaşmanın yayılmasında Şərca Əmirliyinin mədəniyyətin oynadığı rola olan inamı çərçivəsində baş tutmuşdur.

Əl-Qasımi əlavə etmişdir ki, Şərca regionda mədəniyyət və düşüncə mərkəzinə çevrilmişdir və bu yaxınlarda şəhərin dünya kitab paytaxtı seçilməsi Şərcanın hakimi və Ali Şuranın üzvü Zati-aliləri doktor Sultan bin Məhəmməd Əl-Qasıminin rəhbərliyi və dəstəyi sayəsində əmirliyin nail olduğu bu qabaqcıl mədəni səviyyənin bariz göstəricisidir.

Şərca İrs İnstitutunun direktoru doktor Əbdül-Əziz Əl-Müsəllim müxtəlif dünya ölkələri əməkdaşlıq imkanının əhəmiyyətini bildrimiş, Şərcanın böyük irsə malik olduğunu və qarşılıqlı əməkdaşlığın inkişafı və mədəni-irs sahəsinin güclənməsi məqsədilə ölkələrlə əməkdaşlığa səy göstərdiyini əlavə etmişdir.

Səfərin həyata keçirilməsi Şərca Əmirliyi ilə dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsi və əmirliyin mədəni və irsi dəyərlərinin nümayiş etdirilməsi istiqamətində atılan addımlardan biridir.

Azərbaycan Respublikası Asiyada vacib mədəni mərkəzlərdən biridir və hər il bir neçə böyük mədəni festivallar təşkil edir, qərb və şərq iqtələri arasında strateji körpü mövqeyində olması onu mədəni turizm sahəsində vacib ölkələrdən biri edir.

Nəşr olunub:

Yaxın Şərq regionuna aid digər nəşrlər

Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür

Khaleej Times

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi

Əhdəs Əlyoum

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.

Bakı ölkələrarası turizm üzrə 2-ci “Bahrain Holidays” turizm formuna ev sahibliyi edəcək

Alayam

Turizm sektoranda rəhbər şirkət olan Bahrain Holidays şirkətinin idarə heyətinin üzvü Hüseyn Əl Dairi dekabr ayında Bakıda keçiriləcək, ölkələrarası turizmi tanıdan “2-ci Bahrain Holidays“ forumu barədə açıqlama yayıb.