Saud bin Saqr Al Qasimi Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirini qəbul edib (Alwatan, BƏƏ)

Ras Əl Xeymənin hakimi Ali Şuranın üzvü Zati aliləri Şeyx Səud ibn Saqr Əl Qasimi dünən öz sarayında Azərbaycan Respublikasının Əmirlikdəki  fövqəladə və səlahiyyətli səfiri, öz yeni vəzifəsinin etimadnaməsini Əmirə təqdim edən Mahir Məhəmməd Əliyevi qəbul edib. 

Öncə Ras Əl Xeymənin hakimi  Zati aliləri Azərbaycanlı səfiri salamladı. Daha sonra ona, öz mühüm vəzifəsinin icrasında eləcə də müxtəlif sahələrdə 2 dost ölkə arasındakı ortaq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə  töhfə verəcəyi  ümidilə uğur və müvəffəqiyyətlər arzuladı. 

Öz növbəsində Cənab Mahir Məhəmməd Əliyev qonaqpərvərliyinə və xoş qarşılamağına görə Ras əl Xeymənin hakimi  Zati Alilərinə öz minnətdarlığını və təşəkkürünü bildirdi və hər iki ölkəni birləşdirən güclü stratejik əlaqələri yüksək qiymətləndirdiyini nəzərə çatdırdı.


Nəşr olunub:

Yaxın Şərq regionuna aid digər nəşrlər

Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür

Khaleej Times

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi

Əhdəs Əlyoum

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.

Bakı ölkələrarası turizm üzrə 2-ci “Bahrain Holidays” turizm formuna ev sahibliyi edəcək

Alayam

Turizm sektoranda rəhbər şirkət olan Bahrain Holidays şirkətinin idarə heyətinin üzvü Hüseyn Əl Dairi dekabr ayında Bakıda keçiriləcək, ölkələrarası turizmi tanıdan “2-ci Bahrain Holidays“ forumu barədə açıqlama yayıb.