Rusiya XİN Macarıstanın Səfərovu Azərbaycana qaytarmasına münasibətini açıqlayıb (РИА Новости, Rusiya)

Rusiya XİN Macarıstanın Səfərovu Azərbaycana qaytarmasına münasibətini açıqlayıb

Bakı və erməni zabitini öldürdüyünə görə həbs edilən hərbiçi Ramil Səfərovu Azərbaycana buraxan Budapeştin addımları, Cənubi Qafqazda gərginliyin azaldılması üçün edilən cəhdlərə əks gedir. Bu sözləri bugün Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Macarıstan, Ermənistan və Azərbaycan arasında qalmaqal avqustun 31-də, rəsmi Budapeşt  2004-cü ildə erməni zabiti Qurqen Marqanyanı öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan ordusunun zabiti Səfərovu Azərbaycana qaytardıqdan sonra qızışdı. Hərbçilər Macarıstan paytaxtında NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində dərs keçirdilər. Səfərov Marqaryan yatarkən onu baltalamışdı.

Bu cinayətə görə Səfərov 30 ildən tez əhf olmamaqla ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin Az'rbaycana qayıtmaqla o, prezident İlham Əliyev tərəfindən əhv edilmişdi. Bundan əlavə ona mayor rütbəsi verilib. Bu addımlar İrəvanda sərt reaksiyaya səbəb olub. Ermənistanın prezidenti Serj Sarkisyan ölkədə akreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə Macarıstan ilə diplomatik münasibətlərin və bütün rəsmi əlaqələrin dayandırıldığını bəyan etdi.

Lukaşeviç bildirib: "Hesab edirik ki, Azərbaycan, eynilə də Macarıstan hakimiyyət nümayəndələrinin bu hərəkətləri, beynəlxalq səviyyədə razılaşdırılmış, ilk növbədə ATƏT-in Mins qrupu xətti üzrə və regionda gərginliyin azaldılmasına yönlmiş cəhdlərə əks gedir. Həmçinin güman edirik ki, mövcud vəziyyətin müvafiq qiyməti yaxın zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən veriləcək."

O, əlavə edib ki, Səfərovun verilməsini və Azərbaycanda əhv edilməsini Rusiyada dərin narahatçılıqla qarşılayıblar.

Rusiya regionuna aid digər nəşrlər

İstintaq Komitəsi Qafqazdan olan əsgərləri Uralda milli ədavəti qızışdırmaqda günahlandırır

Uralda Qafqaz respublikalarından çağrılmış əsgərlər öz xidmət yoldaşlarının kürəyində "Dağıstan", "Azərbaycan" və digər yazılar yazıblar. Onlar milli zəmində ədavəti qızışdırmaqda günahlandırılırlar. Bunu Rusiya Federasiyası İstintaq Komitəsinin baş hərbi istintaq idarəsinin mətbuat xidməti bildirib.

Yekaterinburq qarnizonu üzrə hərbi istintaq şöbəsi 61423 saylı hərbi hissənin hərbi xidmətçiləri sıravi Teymur Məmmədov və Elbrus Musayeva qarşı cinayət işi açıb.

Azərbaycan Kuban şəhərinə humanitar yardımla dolu maşın karvanı yollayıb

Azərbaycan RF-in daşqından ziyan görmüş Krasnodar vilayətinə humanitar yardım - içməli su, şirə və qida məhsulları göndərib. Bu barədə "Новости-Азербайджан" agentliyi xəbər verib.

22 yük maşınından ibarət avto-karvan dünən 8 iyulda Rusiyaya yola düşüb. Karvana FHN MM qoşunları qərargah rəisi Aslan Hüseynov başçılıq edir.

Azərbaycanla sıx əməkdaşlıq Şimali Qafqazda stabilliyin yaranmasına yardım edə bilər, Moskvada belə hesab edirlər

Azərbaycandakı tolerantlıq ideologiyasını Şimali Qafqaza daxil olması bu regionda gərginliyin aradan qalxmasına gətirib çıxara bilər. Bunu Rusiya prezidentinin Şimali Qafqaz federal vilayətindəki (ŞQFV) səlahiyyətli nümayəndəsinin müavini Serqey Subbotin bəyan edib.

«Biz Azərbaycandakı millətlərarası, konfessiyalararası, həmçinin terrorizmə qarşı mübarizədə olan müsbət cəhətlərdən istifadə edir və etməyə davam edəcəyik», - S.Subbotin «İnterfaks-Azərbaycan» agentliyinə deyib.