Rusiya "kosmik" potensialı Azərbaycanla balanslaşdırmaq üçün Ermənistana yardım edəcək (ИА REGNUM Rusiya)

Roskosmos erməni tərəfi ilə Ermənistan üçün rabitə peyki yaratmaq haqqında memorandum imzalayıb. Bu haqda iyulun 9-u mətbuat konfransında agentliyin rəhbəri Vladimir Popovkin bildirib.

KİV-də yayılan məlumata görə sənəd Böyük Britaniyada beynəlxalq avikosmik salonda imzalanıb. Ermənista üçün sputniki Rusiyanın akademik Reşetnevin adina olan "İnformasiya pek sistemləri" ASC hazırlayacaq. Ermənistan tərəfindən memorandumu nəqliyyat və rabitə naziri imzalayıb. 

REGNUM müxbirləri ilə söhbətdə Ermənistan MEA Bürakan astrofizika rəsədxanasının müdiri Ayk Arutyunyan bilirib ki, 2020-ci ilə Ermənistan üçün hazırlanacaq peykin funksionallığı onun qiməti və həcmindən hazırdır. Onun sözlərinə görə rabitə peykinin olması Ermənistan üçün strateji əhəmiyyət daşıyır, beləki bu ilk növbədə ölkənin rabitə əlaqəsində müstəqilliyini təmin edir və respublikanı kosmosu öyrənən azsaylı öıkələrdən birinə çevirəcək.

Onun fikrinə görə, Ermənistan həmçinin Azərbaycanın artıq uzun illər məşqul olduğu kosmosu tətqiqetmə proqramlarının iştirakçısı olmalıdır. Arutyunyan qeyd edib ki, Ermənistan üçün rabitə peykinin yaradılmasında həm də öz peykini orbitə buraxmağa hazırlaşan Azərbaycanla balans faktoru da var və əlavə edib ki, indiki məqamda ölkənin imici və onun rabitə sahəsində müstəqilliyi daha vacibdir. "Bunlarla yanaşı əgər dövlət digər subyektlərə rabitə imkanı təşkil etsə peyk kommersiya məqsədləri üçün də istifadə oluna və ölkəyə gəlir gətirə bilər " - deyə rəsədxana müdiri açıqlamasına əlavə edib.

Arutyunyanın dediyinə görə bu, Roskosmos agentliyi ilə həyata keçirilən sayca üçüncü proyektdir. O deyib: "İndi Roskosmosla birgə bizimrəsədxanaya yeni modul quraşdırılır və idarə müasirləşdirilir. İkinci proyekt Ermənistan üçün rabitə peykinin yaradılması haqqında hazırda  imzalanmiş memorandumdur, üçüncü proyektə əsasən isə Rusiya tərəfi ilk erməni kosmonavtını hazırlayacaq".

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağla bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd edib

Лента-Ру

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətində Ermənistanla aparılan danışıqlarda irəliləyiş olduğunu qeyd edib, İnterfaks xəbər verir.

MOL Chevron-un Azərbaycandakı payını alacaq

The Oil & Gas Journal

Budapeştin MOL Qrup şirkəti Chevron Korporasiyasının Azərbaycandakı əsas payını almağa razılıq verib.

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

REX

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.