Ruhani yeni dəmir yolu xəttlərini, İran-Azərbaycan və Çinlə iqtisadi əlaqələrini təşviq edir (The Jerusalim Post, İsrail)

Ruhani yeni dəmir yolu xəttlərini, İran-Azərbaycan və Çinlə iqtisadi əlaqələrini təşviq edir

Strateji cəhətdən Gilan əyalətində İranın ümid etdiyi şey ABŞ-ın sanksiyalarına qarşı çıxmaq üçün özünü hazırlamaq və hətta gələcək illərdə fayda əldə etməkdir.

İran Prezidenti Həsən Ruhani bu həftə İranın Gilan əyalətini ziyarət edib. Meşədə gəzərkən ağlına İranın strateji Şimal Bölgəsini dəmir yolları və iqtisadi dəhlizlər ilə Azərbaycana və Qazaxıstan vasitəsilə Çinə birləşdirəcək iqtisadi inkişafı təşviq etmək fikri gəlib.

Gilan əyaləti Azərbaycanla sərhəddə, Xəzər Dənizinin sahilində yerləşir. Iran illərdir İranı Qafqaz ilə birləşdirən Astara şəhərinin adı ilə adlanan şimal-cənub dəhlizini əhatə edən öz dəmir yolu şəbəkəsini inkişaf etdirməyə çalışır. Dəmir yolu xəttinin Qəzvindən Rəştə və daha sonra şimala Azərbaycana getməsi nəzərdə tutulmuşdu. Iranın ingilis dilli Financial Tribune qəzetinin 2017-ci il hesabatına görə, Azərbaycan sərhədin ona olan tərəfinə 500 milyon dollar sərmayə qoyub. Layihə İran tərəfindən təxirə salınmışdı, lakin nəhayət tamamlanması gözlənilir. Qəzvin-Rəşt 164 hissəsi Hindistanı bu dəmir yolu şəbəkəsi ilə Avropaya bağlayacaq Şimal-Cənub yükdaşıma dəhlizi üçün əsas rol oynayır.

Iran Qəzvin-Rəşt dəmir yolunu beynəlxalq Şimal-Cənub yükdaşıma dəhlizinə qoşmağa və bu dəmir yolu şəbəkəsi ilə Hindistan və Avropaya birləşməyə hazırlaşır. Bu, daşımanı daha qısa müddətli və ucuz edəcək və yol boyunca İrana və digər tərəf dövlətlərə fayda verəcək. Bütün bunlar İranın ABŞ-ın keçən il tətbiq etdiyi sanksiyalara qarşı mübarizə apardığı dövrə düşür. Iran 2015-ci il müqaviləsindən sonra sanksiyalardan azad olduğu zaman dəhlizi bitirməyə çalışıb.

Rəşt hava limanında Tasnim xəbər agentliyinin müxbirlərinə bildirilib ki, 290 milyon İran tüməni həcmində sərmayə yatırılıb və Ənzəli adlanan azad ticarət zonası da Xəzər Dənizindəki bu layihədən yararlanacaq. Hesabatlar göstərir ki, bu layihə İranı Qazaxıstan vasitəsilə Çinə birləşdirəcək digər layihə üçün Tehranın daha böyük planlarının sadəcə bir hissəsidir. Bunların ikisi də Çinə İranı, Türkiyəni və Qərbi birləşdirən Tehran vasitəsilə iqtisadi kanalı nəzərdə tutan “Kəmər və Yol” təşəbbüsündə kömək edəcək.

Strateji cəhətdən Gilan əyalətində İranın ümid etdiyi şey ABŞ-ın sanksiyalarına qarşı çıxmaq və Türkiyə, Rusiya və digərləri də daxil olmaqla ABŞ-ın siyasəti ilə razı olmayan dövlətlərlə əməkdaşlıq etdiyi üçün özünü hazırlamaq və hətta gələcək illərdə fayda əldə etməkdir. O, Suriya münaqişəsinin bitməsindən faydalanmağa və zəifləmiş iqtisadiyyatını inkişaf etdirmək üçün özünə mövqe tapmağa ümid edir.

Keçən il İsrail rəsmiləri Körfəzə səfər ediblər və orada İsrailin bölgədəki ölkələrlə iqtisadi əlaqələrinin artmasına dair ifadələr səslənib. Iran şəbəkəsi İsraili keçir və bu aydındır ki, regiondakı təbii qaz və boru kəməri mübahisələri kimi iqtisadi strategiya da Yaxın Şərqdəki böyük geosiyasi dəyişikliklərlə sıx əlaqəlidir.

ran regionuna aid digər nəşrlər

İran Azərbaycana ixracatı artırır

İran öz qeyri-neft məhsullarının Azərbaycana ixracını 73% artırıb. Bunu çərşənbə günü İranın Azərbaycandakı səfiri Cavad Cahangiri bildirib.