Polşa Xarici işlər naziri: Rəsmi Varşava qondarma Dağlıq Qarabağ Respublikasını tanımır (ИА REGNUM, Rusiya)

Polşa Xarici işlər naziri: Rəsmi Varşava qondarma Dağlıq Qarabağ Respublikasını tanımır

Polşa Azərbycanın ərazi bütövlüyün dəstəkləyir və qondarma Dağlıq Qarabağ Respublikasın dəstəkləmir. Bunu 18 iyulda Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla apardığı danışıqların yekununda Polşa xarici işlər naziri Radoslav Sikorski bəyan edib.

Bununla yanaşı Sikorski bildirib ki, Azərbaycan və Ermənistan özləri münaqişənin həlli yolunu, o cümlədən də Dağlıq Qarabağın yekun statusunu tapmalıdırlar

19 iyulda Dağlıq Qarabağda nəzərdə tutulmuş prezident seçkiləri ilə bağlı fikrini bildirmə xahişinə Sikorski təkrarlayıb ki, Polşa qondarma qurumdakı heç bir siyasi hadisəni tanımır. Polşalı nazir qeyd edib ki, Polşa müaqişənin həlli prosesində əslən polşalı olan ATƏT-in diplomatı, ATƏT-in hazırki sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjel Kasperşik vasitəsilə iştirak edir. Hərçənd məsələnin həlli münaqişə ölkə rəhbərlərinin üzərinə düşür - Sikorski vurğulayıb. "Azərbaycan və Ermənistan Dağlıq Qarabağın yekun statusunu həll etməlidirlər" - deyə nazir qeyd edib.

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.


Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.