Pekində keçirilən Azərbaycan mədəniyyət tədbirində Nəsimi yad edilmişdir (China Internet Information Center, Çin)

Noyabrın 1-də Pekin Xarici Araşdırmalar Universitetinin (BFSU) əsas kitabxanasında Azərbaycan dili və ədəbiyyatı sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinə ithafən keçirilən tədbir Azərbaycan Respublikasının Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və BFSU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Açılış nitqini söyləyən BFSU-nun prorektoru Yan Guohua, BFSU-nun Çin və Azərbaycan arasındakı mədəni mübadiləni təşviq etmək üçün həmişə səy göstərdiyini söyləyib. Universitet 2015-ci ildə Azərbaycan dili kursu yaradıb, 2018-ci ildə Azərbaycana akademik nümayəndə heyətləri göndərib və 2019-cu ilin sentyabrında Azərbaycan dili ixtisası üzrə birinci qrup magistrantı qəbul edib. Yan bildirib ki, BFSU tələbələri gələcəkdə dil təhsili üçün Azərbaycana göndərməyi planlaşdırır.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Heydər Əliyev Fondunun, Çin Xalq Ölkələri ilə Dostluq Dərnəyinin və BFSU-nun ikitərəfli əlaqələrin inkişaf etdirilməsindəki səylərini təqdir edib.

Zeynallı təşkilatların ev sahibliyi etdiyi Azərbaycan-Çin Dostluq Konserti və Azərbaycan Günü kimi mədəni tədbirləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu il dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd olunduğu üçün sərgi Azərbaycan mədəniyyətini nümayiş etdirmək və mədəniyyət mübadiləsini təşviq etmək üçün geniş imkan yaradır.

 

Şair olmaqdan əlavə Nəsimi filosof kimi də tanınır. O, Azərbaycan dilində fəlsəfi poeziya məktəbinin yaradıcısı idi. Nəsiminin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələri xatırlamaq üçün Azərbaycan Prezidenti IIham Əliyev 2019-cu ili Azərbaycanda Nəsimi ili elan edib.

Zeynallı, Kəmər və Yol Təşəbbüsünün Çin ilə Azərbaycan arasındakı məsafəni qısaltmağa kömək etdiyini və beynəlxalq mübadiləni asanlaşdıran mədəni fəaliyyətlərin gələcəkdə tez-tez baş tutacağını söyləyib.


Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Azərbaycan Pakistan ilə təhsil əlaqələrini inkişaf etdirmək istəyir

Tribune

Azərbaycanlı səfir Əli Əlizadə ölkəsinin Pakistanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək Pakistanla təhsil əlaqələrini inkişaf etdirməyin əsas hədəflərimizdən biri olduğunu əlavə edib.

VOV turizmin təşviqi sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

Voice of Vietnam

Vyetnamın Səsi radiosunun (VOV) Prezidenti Nguyen The Ky VOV-un Vyetnam ilə Azərbaycan arasında rabitə, təhsil və turizm sahələrində əməkdaşlığı genişləndirmək üçün bundan sonra da Azərbaycanla əməkdaşlıq edəcəyinə ümid etdiyini söylədi.

Əfqanıstan, Orta Asiya və Azərbaycan ticarət və nəqliyyatda maneələri azaldacaq

Khaama Press

Əfqanıstan və Orta Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın Azərbaycanla birlikdə BMT-nin hüquqi sənədlərindən, standart və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda maneələri azaldacaqlar.

Azərbaycan və Qazaxıstanın baş nazirləri Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin tikintisinə start veriblər

Казахстанская правда

Azərbaycanın Baş Naziri Əli Əsədov və Qazaxıstanın Baş Naziri Askar Mamin Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər, Kazpravda.kz Qazaxıstan Respublikası Baş Nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.