Müğənni Dilarə Kazımova Ras Məhəmməd məbədində turizmi təşviq etməkdə davam edir ( Youm 7 Misir )

Bir həftədən çox müddətdir ki, Şarm Əl-Şeyx şəhərindən ayrılmasına baxmayaraq Azərbaycanlı dünya çaplı müğənni Dilarə Kazımova Misir turizmini və dəniz sahilində yerləşən şəhərin gözəlliyini və cazibəsini təşviq etməyə çalışır.

Kazımova Asiya kinosu festivalının açılış mərasimi üçün Şarm Əl-Şeyxə səfəri zamanı çəkdirdiyi yeni şəkillərini dərc edib. Bu dəfə şəkilləri gözəl təbiəti və valehedici gözəllikləri olan Ras Məhəmməd qoruğunda çəkdirib.

Mətbuata bundan öncəki açıqlamasında Dilarə bildirmişdi ki, həyatında ilk dəfə Yaxın Şərqi, Misiri görməkdən çox xoşbəxt olmuşdu və bura bir neçə il öncə gəlməyi planlaşdırsa da buna imkanı olmamış, nəhayət sonda öz arzusuna nail olmuşdu.

Nəşr olunub:

Afrika regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağı "tanıdığına" görə Tanzaniyadan inciyib

Лента-Ру

Azərbaycan Afrika dövlətin Tanzaniyaya etiraz notası göndərib. Məlumatı XİN nümayəndəsi Elman Abdullayeva istinadən "Trend" yayıb.

Qeyd olunan məlumata görə Bakıda narazılığı o yaradıb ki, Tanzaniya XİN-in saytında tanınmamış Dağlıq Qarabağ Respublikası ayrıca ölkə kimi göstərilib.

Flaminqo Dünya çempionatında ev sahibi Azərbaycanla qarşılaşacaq

supersport.com

Nigeriyanın Flaminqo klubu Azərbaycanda keçiriləcək 17 yaşa qədər qadınlar arasında FİFA 2012-ci il dünya çempionatında ev sahibi ilə qarşılaşacaq.

Yarış 22 sentyabr və 13 oktyabr arasında Bakı və Lənkəran şəhərlərində keçiriləcək. Hər qrupdan birinci iki yeri tutan komanda 1/4 finala vəsiqə qazanacaq.

Rəsmi püşkatma mərasimi iyulun 6-sı Bakıda Beynəlxalq Muğam Mərkəzində baş tutub. Flaminqo ev sahibi Azərbaycan və Kolumbiya, Kanada ilə birlikdə A qrupunda yer alıb.