MOL Chevron-un Azərbaycandakı payını alacaq (The Oil & Gas Journal, ABŞ)

Budapeştin MOL Qrup şirkəti Chevron Korporasiyasının Azərbaycandakı əsas payını almağa razılıq verib.

MOL Chevron-un Azərbaycandakı əsas payını almağa razılıq verib. MOL, Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı 9.57% paya, həmçinin Chevron Global Ventures və Chevron BTC Boru kəmərindən Bakı-Tiflis-Ceyhan xam neft kəmərindəki 8.9% paya görə 1.57 milyard dollar ödəyəcək. Sözü gedən müqavilə Azərbaycanın MOL-un yüksək faiz nisbətinə sahib olduğu 14-cü ölkə olduğu təqdirdə düzəlişə gedə bilər.

Açıq dənizdə 120 km boyunca yerləşən AÇG yatağı 2018-ci ildə altı platformadan orta hesabla 584.000 barel/gün neft və 6.4 milyon kubmetr səmt qazı hasil etmişdir.

Bu ilin əvvəlində tərəfdaşlar 100.000 barel/gün neft emal edə biləcək 48 yuvalı bir qazma və istehsal platformasına investisiya qoymağı təsdiqləyiblər.

BP PLC 30.37% faizə sahib bir operatordur. Chevron-dan başqa digər 25% faiz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 9.31%- Inpex; 7,27%- Eynin; 6.79%- ExxonMobil; 5.73%- Türk Petrolu; 3,65%- Itochu; və 2.31%- ONGC Videsh-indir.

1.768 km uzunluğunda BTC boru kəməri AÇG yatağından xam nefti və Şahdəniz yatağından kondensatı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Sanqaçal terminalından Aralıq dənizindəki Ceyhan terminalına qədər daşıyır. Boru kəməri 1,2 milyon barel/gün ötürmə gücünə sahibdir.

Chevron-dan başqa BTC boru kəməri faiz sahibləri- 30.1% ilə BP operator; 25% ilə Azərbaycan (BTC) MMC; 8.71% ilə Eynin; 6.53% ilə Türk Petrolu; hər biri 5% ilə Eni və Total; 3.4% ilə Itochu; hər biri 2.5% ilə Inpex və ExxonMobil və 2.36% ilə ONGC Videsh-dir.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.