Milli Məclisin spikeri Azərbaycanı çoxşaxəli ticarət və əlaqələrə dəvət edir (DAWN, Pakistan)

İSLAMABAD: Milli Məclisin Spikeri Əsəd Qeysər Azərbaycanın işgüzar dairəsini müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq üçün Pakistana səfərə dəvət edib.

Azərbaycanın səfiri Əli Fikrət oğlu Əlizadə cümə axşamı Milli Məclisin Spikeri ilə Parlament Binasında görüş keçirib.

Səfir ilə dialoqunda, cənab Qeysər hər iki ölkənin müxtəlif regional və beynəlxalq məsələlərdə ümumi fikir və qavrayışları bölüşdüyünü dilə gətirmişdir. O, həmçinin Azərbaycanın Pakistanın Kəşmir üzərindəki prinsipial mövqeyi ilə bağlı dəstəyini də yüksək qiymətləndirib.


O bildirib ki, Azərbaycan ilə tarixi, mədəni və dini birliyə əsaslanan qardaşlıq münasibətləri Pakistan üçün dəyərlidir. Cənab Qeysər Pakistanın bu münasibətləri parlamentlərarası və iqtisadi əməkdaşlıq yolu ilə daha da möhkəmləndirmək niyyətində olduğunu deyib.

Spikerin sözlərinə görə, iki ölkənin bir-birinə müxtəlif məsələlər və forumlar üzrə dəstək verməsi Pakistan və Azərbaycan arasındakı güclü əlaqələrin təzahürüdür.

O, iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, parlamentarilərin ikitərəfli əməkdaşlıq körpülərinin qurulmasında mühüm rol oynayacağını qeyd edib.

Cənab Qeysər səfiri Pakistan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Milli Məclisdə yenidən aktivləşdirilməsi haqqında məlumatlandırıb. O, həmçinin səfirdən azərbaycanlı həmkarına Pakistana səfər etməsi üçün dəvətini çatdırmağı xahiş edib.

Cənab Əlizadə qeyd edib ki, Azərbaycan hakimiyyəti və xalqı Pakistan ilə dostluğu yüksək qiymətləndirir. O, Azərbaycan dövlətinin Pakistanın Dağlıq Qarabağ məsələsindəki daimi dəstəyinə görə minnətdar olduğunu bildirib.

O, Azərbaycanın siyasi liderliyinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə sadiq olduğunu qeyd edərək, Pakistan ilə parlamentlərarası və iqtisadi bağların genişlənməsinə razılığını bildirib.


Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Azərbaycan Pakistan ilə təhsil əlaqələrini inkişaf etdirmək istəyir

Tribune

Azərbaycanlı səfir Əli Əlizadə ölkəsinin Pakistanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək Pakistanla təhsil əlaqələrini inkişaf etdirməyin əsas hədəflərimizdən biri olduğunu əlavə edib.

VOV turizmin təşviqi sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

Voice of Vietnam

Vyetnamın Səsi radiosunun (VOV) Prezidenti Nguyen The Ky VOV-un Vyetnam ilə Azərbaycan arasında rabitə, təhsil və turizm sahələrində əməkdaşlığı genişləndirmək üçün bundan sonra da Azərbaycanla əməkdaşlıq edəcəyinə ümid etdiyini söylədi.

Əfqanıstan, Orta Asiya və Azərbaycan ticarət və nəqliyyatda maneələri azaldacaq

Khaama Press

Əfqanıstan və Orta Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın Azərbaycanla birlikdə BMT-nin hüquqi sənədlərindən, standart və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda maneələri azaldacaqlar.

Azərbaycan və Qazaxıstanın baş nazirləri Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin tikintisinə start veriblər

Казахстанская правда

Azərbaycanın Baş Naziri Əli Əsədov və Qazaxıstanın Baş Naziri Askar Mamin Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər, Kazpravda.kz Qazaxıstan Respublikası Baş Nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.