Marriot şəbəkəsindəki 13 türk oteli Azərbaycanda bir araya gəldi (Turizm Güncel, Türkiyə)

Marriott International statusu ilə Türkiyədə fəaliyyət göstərən 13 otelin yüksək vəzifəli şəxsləri, 9 Fevral 2019, cümə günü JW Marriott Absheron Bakıda 'Marriott Connections' tədbirində bir araya gəldi.

Türkiyədə fəaliyyə göstərən Marriot otelləri Azərbaycanın paytaxtı Bakıda təşkil olunan “Marriot Connections” tədbirində bir araya gəldilər. Tədbirin təşkilatçıları Alyaska Turizm, AC Hotel Istanbul Macka, Istanbul Marriott Hotel Asia, Istanbul Marriott Hotel Sisli, Le Méridien Istanbul Etiler, Renaissance Istanbul Polat Bosphorus Hotel, Renaissance Polat Istanbul Hotel, Sheraton Ankara Hotel & Convention Center, Sheraton Bursa Hotel, Sheraton Grand Adana, Sofa Hotel Istanbul Autograph Collection, The Bodrum Edition, The Ritz-Carlton Istanbul otelləri idi.

Türkiyənin və Türkiyədəki otellərin Azərbaycandakı yerli agentliklərə tanıdıldığı fəaliyyətdə, Dünya Sağlamlıq Turizmi Təşkilatının sədri, Azərbaycan Vətəndaş Cəmiyyəti Təşkilatlarının Turizm İnkişafı Mərkəzinin rəhbəri və Millenium Turizmin Baş direktoru Ruslan Quliyev öz çıxışında turizmin gücləndirilməsi məqsədini daşıyan bu tədbirin Bakı şəhərində keçirilməsindən dolayı minnət duyduğunu ifadə etdi.

Alyaska Turizmin rəhbərləri İmran Bağıyev və Nizami Həmid Azərbaycan və Türkiyə arasındakı dostluğun əhəmiyyətini vurğulayaraq bu tədbirin təşkilatı ilə bağlı duyduqları qüruru iştirakçılarla bölüşdülər. 

Gecənin aparıcıları Afaq Gəncəli və Cavid Qarari də Türkiyəyə tez-tez səfər etdiklərini və oranı çox sevdiklərini dilə gətirdilər. Tədbirin sonrakı dəqiqələrində Sunrise Qrupu və Leyla Qafari səhnəyə çıxaraq öz musiqiləri ilə əyləncəni daha da zirvəyə qaldırdılar.

Tədbir zamanı keçirilən çəkilişlər vasitəsilə hər otel iştirakçılara Türkiyəni tanıma fürsəti də təqdim etmiş oldu. Yerli mətbuatın və televiziyaların böyük maraq göstərdiyi tədbirin sonunda bütün iştirakçılar öz məmnuniyyətlərini dilə gətirdilər.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.