Komandan: Bakı heç kəsə Azərbaycan torpağından İrana qarşı istifadə etməyə icazə verməyəcək (Fars News Agency, İran)

Azərbaycan rəsmiləri söz veriblər ki, heç kəsə ölkənin ərazisindən İran İslam Respublikasına qarşı hücümlar üçün meydança kimi istifadə etməyə icazə verməyəcəklər. İranın baş polis komandanı bu sözlərlə çıxış edib.

"Bizim Azərbaycan sərhəd qoşunlarındakı dostlarımız öz sərhədlərinə xüsusi diqqət yetirirlər və öz bəyənatlarında qeyd ediblər ki, onlar ölkə ərazisindən İran sərhədlərinə qarşı hər hansı bir fəaliyyətə icazə verməyəcəklər", İran Sərhəd Qoşunlarının komandanı General Hüseyn Zülfəqari bildirib.

Bununla eyni zamanda, komandan bildirib ki, İran sərhəd qoşunlarının dəstələri sərhəd mühafizəsini gücləndirmək üçün xüsusi tədbirlər görüblər və ölkənin şimal-qərb sərhədlərində toplaşmağa başlayıblar.

Ötən cümə Azərbaycanın xarici işlər naziri Eldar Məmmədyaov vurğulamışdı ki, onun ölkəsi öz torpağından düşmənlərə digər ölkələrə, xüsusilə də İrana təcavüz üçün istifadə etməyə icazə verməyəcək.

"Azərbaycan heç vaxt öz torpaqlarından İrana qarşı hər hansı fəaliyyət aparmağa icazə verməyəcək", Tehranda Qoşulmama Hərəkatının sammiti zamanı İran parlamentinin spikeri Əli Laricani ilə görüşərkən Məmmədyarov bəyan edib.

"İki dövlətin qədim tarixi və mədəniyyəti heç kəsə İran və Azərbaycan arasındakı qardaşlığa zərər yetirməyə icazə vermir.", deyə o, əlavə edib.

Onun bəyənatı İranın Azərbaycanı İsrailə öz ərazisindən İrana qarşı terror fəaliyyətini həyata keçirmək üçün meydança kimi istifadə etməyə icazə verməməyə xəbərdar etməsindən sonra səslənib.

İran xarici işlər nazirinin müavini Abbas Araqçı Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ilə fevral ayında görüşü zamanı bu fikirləri demişdi.

Xəbərdarlıq Azərbaycanın İsrail ilə pilotsuz təyyarə, hava və raket əleyhinə sistemlərin alışını nəzərdə tutan 1.6 milyard dollar dəyərində müqavilə imzalamasından sonra edilmişdi.

Nəşr olunub:

ran regionuna aid digər nəşrlər

Azərbaycan İrandan daha çox turist cəlb etmək niyyətindədir

Tehran Times

Azərbaycan iki ölkə arasındakı balanssız turizm mübadiləsindən məmnun deyil. Son bir ildə təxminən 1,5 milyon Azərbaycan vətəndaşı İrana, təxminən 241 min iranlı isə bu ölkəyə səfər edib, Azərbaycan Dövlət Turizm Agentlyinin sədri Fuad Nağıyeva istinadən İSNA xəbər verir.

Íran Azərbaycanla ortaq sənaye şəhəri yaratmaq niyyətindədir

Alvefag

İranın sənaye, ticarət və mədən naziri Azərbaycanla müştərək sənaye şəhərinin yaradılması niyyəti barədə elan edib. Nazir Rza Rahmani Əli Hamiş Azərbaycanlı baş nazirin müavini ilə çərşənbə günü Tehrandakı görüşündə açıqlama gətirib ki, sənaye şəhərinin inşasının yer olaraq müəyyənləşdirilməsi üçün uzun görüşlər və geniş araşdırmalar həyata keçirildi. 

Iran Azərbaycanla birgə Xəzər layihələrini ciddi şəkildə izləyir

Tasnim News Agency

İran Prezidenti Həsən Ruhani, Tehranın Xəzər dənizində Azərbaycan Respublikası ilə ortaq neft layihələri həyata keçirmək niyyətində olduğunu bildirib.

Argentina Azərbaycandan yəhudi mərkəzinin bombalanmasında təqsirli bilinən iranlını həbs etməsini istəyir

The Times of Israel

Argentina yəhudi icmasına (AMİA) ölümcül hücumun günahkarları, o cümlədən keçmiş xarici işlər naziri Əli Əkbər Velayati, istintaqı saxlayaraq Argentina torpağına ayaq basa bilməyəcək.