İstintaq Komitəsi Qafqazdan olan əsgərləri Uralda milli ədavəti qızışdırmaqda günahlandırır (РИА Новости Rusiya)

Uralda Qafqaz respublikalarından çağrılmış əsgərlər öz xidmət yoldaşlarının kürəyində "Dağıstan", "Azərbaycan" və digər yazılar yazıblar. Onlar milli zəmində ədavəti qızışdırmaqda günahlandırılırlar. Bunu Rusiya Federasiyası İstintaq Komitəsinin baş hərbi istintaq idarəsinin mətbuat xidməti bildirib.

Yekaterinburq qarnizonu üzrə hərbi istintaq şöbəsi 61423 saylı hərbi hissənin hərbi xidmətçiləri sıravi Teymur Məmmədov və Elbrus Musayeva qarşı cinayət işi açıb.

"İstintaq məlumatın görə, bu ilin 10 avqust tarixində saat 23.00 radələrində Məmmədov və Musayev öz əsgər yoldaşlarının Qafqazdan olanların qarşısında zəif və itaətkar olduğunu nümayiş etdirmək üçün, bölüyün şəxsi heyətini oyatmış, sıradan 16 əsgəri seçmiş və onlarin kürəyində təraş köpüyü ilə "Dağıstan", "Azərbaycan", "Gəncə", "Quba" sözlərini yazıblar", - məlumatda deyilir.

"Ədavət və ya düşmənçilik qızışdırmaq, eynilə insan mənliyini alçaltma" və "hərbi xidmətçilər arasında tabeçilik münasibətləri olmadığı zaman intizam qaydalarının pozulması" maddələri lə cinayət işi açılıb. Maddələrdən biri beş ilə kimi azadlıqdan məhrumetməni nəzərdə tutur.

Məlumata görə hazırda hadisənin bütün təfərrüatları aydınlaşdırılır. Cinayət işinin istintaqı davam etdirilir.

Bundan öncə oxşar hadisə Baltik flotunda baş vermişdi. O zaman qafqazlı 7 əsgər öz yoldaşlarından 26 əsgəri asfaltda uzanaraq "KAVKAZ" yazısı əmələ gətirməyə məcbur etmişdilər. Həmin vaxt əsgərlər hərbi qulluqçular arasında intizam qaydalarını pozduqlarına görə həbs edilmişdilər.

Nəşr olunub:

Rusiya regionuna aid digər nəşrlər

Rusiya XİN Macarıstanın Səfərovu Azərbaycana qaytarmasına münasibətini açıqlayıb

РИА Новости

Bakı və erməni zabitini öldürdüyünə görə həbs edilən hərbiçi Ramil Səfərovu Azərbaycana buraxan Budapeştin addımları, Cənubi Qafqazda gərginliyin azaldılması üçün edilən cəhdlərə əks gedir. Bu sözləri bugün Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Azərbaycan Kuban şəhərinə humanitar yardımla dolu maşın karvanı yollayıb

Лента-Ру

Azərbaycan RF-in daşqından ziyan görmüş Krasnodar vilayətinə humanitar yardım - içməli su, şirə və qida məhsulları göndərib. Bu barədə "Новости-Азербайджан" agentliyi xəbər verib.

22 yük maşınından ibarət avto-karvan dünən 8 iyulda Rusiyaya yola düşüb. Karvana FHN MM qoşunları qərargah rəisi Aslan Hüseynov başçılıq edir.

Azərbaycanla sıx əməkdaşlıq Şimali Qafqazda stabilliyin yaranmasına yardım edə bilər, Moskvada belə hesab edirlər

Интерфакс

Azərbaycandakı tolerantlıq ideologiyasını Şimali Qafqaza daxil olması bu regionda gərginliyin aradan qalxmasına gətirib çıxara bilər. Bunu Rusiya prezidentinin Şimali Qafqaz federal vilayətindəki (ŞQFV) səlahiyyətli nümayəndəsinin müavini Serqey Subbotin bəyan edib.

«Biz Azərbaycandakı millətlərarası, konfessiyalararası, həmçinin terrorizmə qarşı mübarizədə olan müsbət cəhətlərdən istifadə edir və etməyə davam edəcəyik», - S.Subbotin «İnterfaks-Azərbaycan» agentliyinə deyib.