İran Xəzəri çirkləndirdiyinə görə Azərbaycanı cərimələməyə qərar verib (Лента-Ру, Rusiya)

İran Azərbaycandan Xəzər dənizinin ekologiyasını korladığına görə cərimə tələb etmək niyyətindədir. Bu barədə "Payvand"-in məlumatına görə İran İslam Respublikasının Ətraf mühitin mühafizəsi təşkilatının dəniz departamentinin sədr müavini Abdul Rza Kərbasi bəyan edib.

O qeyd edib ki, Azərbaycan tərəfi dənizin təmizlənməsinə dair heç bir tədbirlər görmür və dənizdən neft hasilatı üçün köhnəlmiş avadanlıqlardan istifadə edir. Kərbasinin sözlərinə görə, rəsmi Tehran dənizin təmizlənməsi üçün xərclərin təxmini dəyərini hazırladıqdan sonra, həmin məbləği cərimə şəklində əldə etmək üçün ölkənin Xarici işlər nazirliyi bu məlumatı Azərbaycan hökümətinə yollayacaq.

Nəşr orqanının yazdığına görə, İranın Ətraf mühitin qorunması təşkilatının bəyənatı orqanın son vaxtda dərc olunmuş hesabatına əsaslanıb. Həmin hesabatda əsasən şimal vilayəti Gilanın sahilyanı rayonlarında aparılmış tədqiqatların nəticələri göstərilib. Sənədə ərazinin sputnikdən edilmiş şəkilləri əlavə edilib. Həmin şəkillərdə İran sahillərinə Azərbaycan tərəfdən gələn uzunluğu 110 kilometrə çatan çoxlu sayda neft ləkələrinin olduğu görsənir.

Son illər ərzində ekspertlər bir neçə dəfə dünyanın ən böyük qapalı su hövzənin ekoloji probleminə diqqət yönəldiblər. Cari ilin əvvəlində Xəzər ekologiyası tədqiqat institutunun rəhbəri Rza Purqulam (Reza Pourgholam) bildirmişdi ki, Xəzər dənizinin sənayə və neft çirklənməsi kritik həddə çatıb.

Onun sözlərinə görə, neft yataqlarının işlənməsi və tankerlərin hərəkəti hər il dənizə 122 min tondan artıq sağlamlıq üçün potensial zərərli maddələrin tullanmasına gətirib çıxarır. Purqulam əlavə edib ki, İran demək olar dənizin çirklənməsinə görə məsuliyyət daşımır, beləki İran tərəfi dənizə ancaq kənd təsərrüfatının qalıqlarını (gübrə və zərəvericilərə qarşı kimyəvi maddələr) tullayır.

Eksperin sözlərinə əsasən Xəzərin ekologiyasını ən çox dənizin şelfində neft hasil edən ölkələr - Rusiya, Qazaxstan və Azərbaycan korlayır.

Nəşr olunub:

ran regionuna aid digər nəşrlər

Azərbaycan İrandan daha çox turist cəlb etmək niyyətindədir

Tehran Times

Azərbaycan iki ölkə arasındakı balanssız turizm mübadiləsindən məmnun deyil. Son bir ildə təxminən 1,5 milyon Azərbaycan vətəndaşı İrana, təxminən 241 min iranlı isə bu ölkəyə səfər edib, Azərbaycan Dövlət Turizm Agentlyinin sədri Fuad Nağıyeva istinadən İSNA xəbər verir.

Íran Azərbaycanla ortaq sənaye şəhəri yaratmaq niyyətindədir

Alvefag

İranın sənaye, ticarət və mədən naziri Azərbaycanla müştərək sənaye şəhərinin yaradılması niyyəti barədə elan edib. Nazir Rza Rahmani Əli Hamiş Azərbaycanlı baş nazirin müavini ilə çərşənbə günü Tehrandakı görüşündə açıqlama gətirib ki, sənaye şəhərinin inşasının yer olaraq müəyyənləşdirilməsi üçün uzun görüşlər və geniş araşdırmalar həyata keçirildi. 

Iran Azərbaycanla birgə Xəzər layihələrini ciddi şəkildə izləyir

Tasnim News Agency

İran Prezidenti Həsən Ruhani, Tehranın Xəzər dənizində Azərbaycan Respublikası ilə ortaq neft layihələri həyata keçirmək niyyətində olduğunu bildirib.

Argentina Azərbaycandan yəhudi mərkəzinin bombalanmasında təqsirli bilinən iranlını həbs etməsini istəyir

The Times of Israel

Argentina yəhudi icmasına (AMİA) ölümcül hücumun günahkarları, o cümlədən keçmiş xarici işlər naziri Əli Əkbər Velayati, istintaqı saxlayaraq Argentina torpağına ayaq basa bilməyəcək.