İran Azərbaycana ixracatı artırır (Fars News Agency, İran)

İran öz qeyri-neft məhsullarının Azərbaycana ixracını 73% artırıb. Bunu çərşənbə günü İranın Azərbaycandakı səfiri Cavad Cahangiri bildirib.

"İran və Azərbaycan arasında iki tərəfli ticarətin 5 mlrd. ABŞ dolları həcmində artması gözlənilir" - Cahangiri qeyd edib.

İran səfiri bir daha vurğulayıb ki, bu cür hal davam etməlidir, belə ki, bu ixrac və xarici valyutanın İrana gəlməsi üçün əlverişlidir.

Cahangiri həmçinin qeyd edib ki, hər iki ölkə ticarət əlaqələrini gücləndirmək üçün öz səylərini artırmalıdırlar.

Son dekabr ayında mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin spikeri Oqtay Əsədov İranla öz ölkəsi arasında ticarət əlaqələrinin həcminin bu il 40 faiz artdığını bildirmişdi.

"İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı əlaqələr daim inkişaf etmişdir və indi bu əlaqələr öz qızıl əsrini yaşayır", Əsədov İranın Qərbi Azərbaycan vilayətinin Şimal-qərb əyalətinin baş qubernatoru Məhəmməd Mehdi Şəhriyari ilə Urmiyada keçirilmiş görüşdə qeyd etmişdir.

"İranla Azərbacan arasında ticarət əlaqələri 2018-ci ildə 40 faiz artmışdır və bu hazırki imkanlar daxilində daha da arta bilər" - o, əlavə etmişdi.


Nəşrin orijinalı: Iran Ups Exports to Azerbaijan
Nəşr olunub:

ran regionuna aid digər nəşrlər

Azərbaycan İrandan daha çox turist cəlb etmək niyyətindədir

Tehran Times

Azərbaycan iki ölkə arasındakı balanssız turizm mübadiləsindən məmnun deyil. Son bir ildə təxminən 1,5 milyon Azərbaycan vətəndaşı İrana, təxminən 241 min iranlı isə bu ölkəyə səfər edib, Azərbaycan Dövlət Turizm Agentlyinin sədri Fuad Nağıyeva istinadən İSNA xəbər verir.

Íran Azərbaycanla ortaq sənaye şəhəri yaratmaq niyyətindədir

Alvefag

İranın sənaye, ticarət və mədən naziri Azərbaycanla müştərək sənaye şəhərinin yaradılması niyyəti barədə elan edib. Nazir Rza Rahmani Əli Hamiş Azərbaycanlı baş nazirin müavini ilə çərşənbə günü Tehrandakı görüşündə açıqlama gətirib ki, sənaye şəhərinin inşasının yer olaraq müəyyənləşdirilməsi üçün uzun görüşlər və geniş araşdırmalar həyata keçirildi. 

Iran Azərbaycanla birgə Xəzər layihələrini ciddi şəkildə izləyir

Tasnim News Agency

İran Prezidenti Həsən Ruhani, Tehranın Xəzər dənizində Azərbaycan Respublikası ilə ortaq neft layihələri həyata keçirmək niyyətində olduğunu bildirib.

Argentina Azərbaycandan yəhudi mərkəzinin bombalanmasında təqsirli bilinən iranlını həbs etməsini istəyir

The Times of Israel

Argentina yəhudi icmasına (AMİA) ölümcül hücumun günahkarları, o cümlədən keçmiş xarici işlər naziri Əli Əkbər Velayati, istintaqı saxlayaraq Argentina torpağına ayaq basa bilməyəcək.