Hindistanın İranda ən böyük neft alıcısı Azərbaycan və Səudiyyə Ərəbistanını seçir (Reuters ABŞ)

Hindistanın İranda ən böyük neft alıcısı olan MRPL şirkəti iyul ayında İrandan idxal etdiyi xam nefti əvəzləmək üçün Azərbaycan və Səudiyyə Ərəbistan neftini almağa başlayıb. Şirkət bunu Tehrana qarşı qoyulan sanksiyalardan sonra daşımanın çətinləşməsi ilə əlaqələndirib.

Manqalor Neftayırma və Neftkimya (Mangalore Refinery and Petrochemicals-MRPL) zavoduna ixracatın itirilməsi ABŞ və Aİ ölkələrinin sanksiyalarının nəticəsində ötən illə müqayisədə xaricə satışı yarı dəfədən aşağı düşmüş İran üçün böyük zərbə olacaq. İranın, Qərbin fikrincə silah hazırlanmasına önəldilmiş nüvə proqramına qarşı qəbul edilmiş sanksiyalar ölkənin neft gəlirlərini kəsməyi nəzərdə tutur.

"MRPL İrandan idxalı dayandırmaq üçün tədbir gördü. Hökümətin təzyiqi, sanksiyalar və ən sonuncusu İranın Hörmüz boğazını bağlayacağına dair təhriki... Bütün bunlar şirkəti hər gün problemlərlə üzləşdirirdi" - mənbələrdən biri bilirib.

Mənbə MRPL-in bu addımının səbəbini tam açıqlamayıb. Neftayırma şirkəti İrandan daşımalarını 20 faizə azaltmağa məcbur edilib.

Mənbə MRPL-in bu adımının tam səbələrini açıqlamaqdan imtina edib. İyul ayında zavod İrandan planlaşdırdığı gündəlik 3.3 milyon barrel neft daşımasını beş dəfə azaltmağa məcbur edilib.

İran keçən həftə ona qarşı olan sanksiyalar aradan qalxmayınca Hörmüz boğazını bağlayacağı ilə yenidən təhdidlə çıxış edib. Ötən il üçün boğazdan keçən daşımalar ümumi dəniz ticarətinin 35, dünya neft ticarətinin isə 20 faizini təşkil etmişdir.

Alternativlər

İyul ayında Tehrandan gələn daşımalar dayandıqdan sonra, MRPL mövcud tərəfdaşları BƏƏ və Səudoyyə Ərəbistanın hərəsindən əlavə bir tanker neft almaqdan əlavə, Azərbaycanla da iki aylıq müqavilə imzalayıb.

Hindistanlı şirkətin BƏƏ ilə günə 40 min barrel, Səudiyyə Ərəbistanı ilə isə günə 49 min barrel neft daşıma haqqında illik müqaviləsi var.

MRPL-in etdiyi addım dünyanın dördüncü ən böyük neft idxalçısının xammal səbətində qeyri-İran neft təklif edən ölkələrin payının tadricən artdığını və Tehrandan idxal dayandığına görə yeni ticarət yollarının gərəkli olduğunu göstərir.

Özünün daşıyıcı şirkəti Great Eastern Shipping
Co.(GESCO)-nun İran xammalını daşımaqdan imtina etməsi və rəsmi Dehlinin İran tankerlərindən istifadəyə icazə verən və sığortalayan qərarı ləğv etməsindən sonra MRPL iyul ayında planlaşdırdığı 5 İran neft yükündən yalnız birini idxal edə bilər.

"GESCO ilə daşıma problemi səbəbindən, MRPL Azərbaycanla iki aylıq müqavilə imzalayıb və tələbatından asılı olaraq müqaviləni uzada bilər." - mənbə bildirib. Mənbədə həmçinin bildirilib ki, fevral-aprel ayarı ərzində qısa müddətli müqavilə əsasında MRPL Azərbaycandan üç dəfə neft alıb.

Ölkənin ən böyük neft-emal zavodu Indian Oil Corp. 2012-ci il ərzində illik müqaviləyə əsasən günə 20 min barrel Azeri Light markalı neft alıb. Bununla yanaşı yaxında Hindustan Petroleum şirkəti Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) günə 10 min barrel neft alçağa başlayacaq.

Çətin vəziyyət

İranla illik idxalın həcmini 30 fazi azaldaraq günə 100 min barrelə endirən MRPL-in illik neft tələbatının üçdə biri Tehranın payına düşür.

"Bu Azərbaycanla müqavilənin uzaldılacağını vəya İranla əlaqəli problemlərdən yaxa qurtarmaq üçün digər alternativ yolların axtarılacağını güman etməyə imkan verir. Əgər İran Hörmüz boğazını bağlasa, o zaman MRPL çox çətin vəziyyətə düşəcək" - ikinci mənbə bildirib.

MRPL-in idarə müdiri P. P. Upadhya şərh verməkdən imtina edib. İranın ikinci ən böyük ixracatçısı olan Hindistan ağır ABŞ sanksiyalarından sonra Tehrandan idxalı azaldıb və mart ayında başa çatan cari maliyyə ilində daha 11 faiz aşağı salıb.

Aİ sanksiyaları iyul ayının birindən sığortaçı və təkrar sığortaçılara İran neft daşımalarını sığortalamağı qadağan edir.

İranın Hörmüz boğazı ilə bağlı təhdidindən ehtiyatlanaraq BƏƏ tankerləri özünün çoxdan gözlənilən Oman körfəzindəki terminalında doldurmağa başlayıb. Körfəzdəki OPEC üzvləri yeni terminaldan ixracatların gündəlik 1.5 milyon barrelə kimi artacağına ümid edirlər.

Səudiyyə Ərəbistanı da son bir neçə aydan alternativ yollar hazırlayıb. İran Hörmüz boğazını bağladığı halda rəsmi Riyad öz neftini Qırmızı dənizdəki terminallar vasitəsilə ixrac edəcək.

Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Əfqanıstan, Orta Asiya və Azərbaycan ticarət və nəqliyyatda maneələri azaldacaq

Khaama Press

Əfqanıstan və Orta Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın Azərbaycanla birlikdə BMT-nin hüquqi sənədlərindən, standart və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda maneələri azaldacaqlar.

Azərbaycan və Qazaxıstanın baş nazirləri Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin tikintisinə start veriblər

Казахстанская правда

Azərbaycanın Baş Naziri Əli Əsədov və Qazaxıstanın Baş Naziri Askar Mamin Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər, Kazpravda.kz Qazaxıstan Respublikası Baş Nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.


Çin ilə Avropanı birləşdirəcək ilk yük qatarı Türkiyəyə daxil olub

The Latin American Herald Tribune

Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək Avropaya gedəcək ilk Çin qatarı Türkiyənin şərqi Qars əyalətinə daxil olub/

Pekində keçirilən Azərbaycan mədəniyyət tədbirində Nəsimi yad edilmişdir

China Internet Information Center

Noyabrın 1-də Pekin Xarici Araşdırmalar Universitetinin (BFSU) əsas kitabxanasında Azərbaycan dili və ədəbiyyatı sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinə ithafən keçirilən tədbir Azərbaycan Respublikasının Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və BFSU-nun birgə təşkilatçılığı ilə baş tutub.