Hər cümə sünni, şiə müsəlmanları Azərbaycanın ən böyük məscidində birlikdə dua edirlər (Al Bawaba İordaniya)

İslamda iki böyük məzhəb olan sünni və şiə arasındakı bölgü xüsusilə Orta Şərqdə yayılmışdır. Amma Azərbaycandakı Heydər məscidində sünni və şiələr hər cümə bir yerə toplaşırlar.

Azərbaycanda və bütün Qafqazda ən böyük məscid olan Heydər Məscidi cəmi 5 il əvvəl tikilməsinə baxmayaraq artıq sülh, tolerantlıq və birliyin rəmzinə çevrilmişdir. Həm sünni, həm də şiə müsəlmanları hər cümə günü burada birlikdə dua edirlər.

“Bizim məscidimiz - Heydər məscidi bənzərsizdir, burada hər kəs bərabərdir, sünni və ya şiə fərqi yoxdur”, Heydər məscidində dua edən sünni müsəlman Arif Novruzov deyir.

Eyni məscidin müdavimlərindən olan şiə müsəlmanı Rüfar Qarayev də bununla razılaşır.

“Mən şiə müsəlmanıyam. Bu, mənim seçimimdir. Amma Azərbaycanda həm də sünni müsəlmanları yaşayır və biz onları qardaş kimi görürük. Bu, bizim həyat tərzimizdir, həmişə olub və olacaq da. Digər ölkələrdən fərqli olaraq, ölkəmizdə sabitlik var” - o, deyir.

Azərbaycan şiələrin çoxluq təşkil etdiyi müsəlman ölkəsidir. Bunun 15 faizdən az hissəsi sünnidir. Hər iki təriqətin üzvləri əsrlər boyu Bakıda ahəngdar şəkildə bir yerdə yaşayıblar.


Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.