Harrodsda 16 milyon funt sterlinq xərcləyən qadın sərvəti üçün mübarizə aparır (BBC, Böyük Britaniya)

Həbsdə olan bankirin həyat yoldaşı Böyük Britaniyanın ilk Açıqlanmayan Sərvət Ordeninin (ASO) ləğvi üçün mübarizə aparır.

Harrodds-da 16 milyon funt sterlinq xərcləyən Zamirə Hacıyeva 15 milyon funt sterlinq dəyərində Naytsbricdəki (Knightsbridge) evini və Berkşirdəki (Berkshire) qolf meydançasını itirməklə üz-üzə qalıb.

Onun həyat yoldaşı, bir zamanlar rəhbərlik etdiyi dövlət bankından milyonları oğurladığına görə doğma Azərbaycanda həbsdədir.

Hacıyeva səhv hərəkətlərlə bağlı bütün iddiaları rədd edir və Apelyasiya Məhkəməsinə onun haqsız yerə hədəfə alındığını söyləyib.

Hacıyevanı təmsil edən Ceyms Lyuis, MCA-nın bütün işinin siyasi korrupsiyadan faydalandığı iddiaları üzərində qurulduğunu bildirib.

“ASO-lar 'siyasi cəhətdən ifşa edilmiş şəxslərə' və onların ailələrinə qarşı cinayət fəaliyyətindən şübhələnmək üçün heç bir əsaslı səbəb olmadıqda da mövcuddur'. Buna görə də bu gün onlar İngiltərədəki maliyyə araşdırmaçıları üçün mövcud olan ən sərt və müdaxilə səlahiyyətləridir”, cənab Lyuis qeyd edib.

54 kredit kartı

Cənab Lyuisin sözlərinə görə, Hacıyevanın əri Cahangir Hacıyevə Londonda məhkəməsinin ədalətsiz araşdırmasından sonra korrupsiyaya görə 15 illik həbs cəzası verilib və o, ailə sərvətinin mənbəyini müdafiə edə bilməyib.

O, hakimin daha əvvəl verdiyi qərarı qeyd edərək bildirib ki, Hacıyev potensial korrupsiyalaşmış xarici məmur idi, çünki o, dövlət funksiyalarını həyata keçirən bir banka deyil, sadəcə dövlət səhmdarları olan kommersiya bankına rəhbərlik etmişdir.

Bu isə, Lyuisin iddiasına görə, o deməkdir ki, Hacıyeva Milli Cinayət Agentliyinə sərvətinin mənbəyini sübut etməyə ehtiyacı yoxdur.

Keçən ilki məhkəmə prosesində, Ali Məhkəməyə, 2016 ilə qədər 10 il ərzində Harrods-da gündə orta hesabla 4,000 funt sterlinq xərclədiyi bildirilib- zərgərlik və dizayner geyimlərinin dəyəri əksəriyyətinin ərinin bankı tərəfindən verilən 54 kredit kartına yüklənib.

Hərrac təklifi

Apelyasiya Məhkəməsində açıqlanan yeni sənədlərdə, Milli Cinayət Agentliyi, ailənin Londondakı fəaliyyətindən narahatlığı ilə bağlı yeni təfərrüatları açıqlayıb.

Sənədlərdə bildirilir ki, Hacıyevanın ötən il ASO tətbiqini dayandırmaq cəhdindən sonra qızı Leyla Mahmudova 400.000 funt sterlinq dəyərində 49 əşyanı Kristi hərrac evinə aparıb.

Hacıyevanın qızı bahalı zinət əşyalarını (bəziləri Hacıyev tərəfindən satın alınmışdır) satmağa cəhd edib və ZH Azərbaycanda aviabiletlərə, zinət əşyaları, təhsil haqqı, gözəllik məhsullarına, restoran və otellərə külli miqdarda pul xərclədiyi üçün istintaq altına alınıb”, MCA bildirir.

Agentlik Hacıyevadan əsaslı şübhələrə, həmçinin, evinin hansı səbəbdən Britaniya Virginiya adalarında yerləşən bir şirkətə aid olduğuna dair məsələyə cavab verməsini tələb edir.

Ərinin soyuducu sataraq pul qazanması iddiaları da tamamilə həqiqətə uyğun deyil, o, əlavə edib.

Iş üzrə məhkəmə qərarının gələn il verilməsi gözlənilir.

Nəticə, bu göstəricinin şübhəli xarici məmurlara və onların ailələrinə aid milyardlarla funt sterlinq dəyərində Britaniya əmlakının ələ keçirməyə kömək edəcək qədər güclü bir qanuni zərbəyə sahib olub olmadığını göstərəcəkdir.

Nəşr olunub:

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan səfiri Genoa limanına səfər edib

PortSEurope

Qərbi Ligurian Dəniz Limanı İdarəsinin (Autorita 'di Sistema Portuale del Mar Ligure Occidentale) Prezidenti Paolo Emilio Signorini Genoada liman rəhbərliyinin qərargahında rəsmi səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadəni qarşılayıb.

Azərbaycanın Azvirt şirkəti Serbiya avtomobil yolunun inşasına başlayır

Emergine Europe

Azərbaycanın mülki mühəndislik şirkəti Azvirt Serbiyanın şimalındakı Ruma və Loznitsanı birləşdirən 467,5 milyon avro dəyərində olan avtomobil yolunun inşasına başlayıb, Serbiyanın İnfrastruktur Nazirliyi bildirir.

Bakcell şirkəti Vodafone Ukraynanı 743 milyon ABŞ dollarına satın alıb

Emergine Europe

Rusiya telekommunikasiya operatoru MTS Group, Vodafone Ukraynanın Azərbaycanın NEQSOL Holdinqinə daxil olan Bakcell şirkətinə satılması ilə bağlı qanuni müqavilə imzalayıb.