Fransa, Rusiya və ABŞ Dağlıq Qarabağ üçün "birlikdə sıx çalışır" (EURACTIV, Belçika)

Fransa, Rusiya və ABŞ Dağlıq Qarabağ üçün

Son günlərdə regiondakı yeni görüşlər və gücləndirilmiş diplomatiya sayəsində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün axtarış prosesində müsbət irəliləyiş qeydə alınıb.

Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir, lakin hesablamalara görə 30.000 insanın həyatını aparmış və yüz minlərlə insanı yerindən didərgin etmiş 1988-94-cü il müharibəsindən sonra Ermənistan tərəfindən işğal edilmişdir.

1994-cü ildə atəşkəs elan olunsa da, ATƏT-in Minsk Qrupunun iştirakı ilə keçirilən uzun müddətli beynəlxalq danışıqlarda da bir həll yolu tapılmayıb. Minsk qrupunun həmsədrləri Fransa, Rusiya və ABŞ-dır.

Rusiya, ABŞ və Fransadan olan həmsədrlər bir-biri ilə yaxından əməkdaşlıq edirlər. Onlar artıq Ermənistan və Azərbaycan liderləri ilə görüşüb və xarici işlər nazirləri ilə yeni əlaqələr qurulub”, - Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə birgə mətbuat konfransında bildirib.

Azərbaycan xəbər agentliyi Trend-in məlumatına görə, o, həmçinin, bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dialoq üçün yalnız şərait yaratmaqda kömək edə bilərlər.

Rusiya rəsmən Moskvada Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistanın hərbi və siyasi müttəfiqidır. Neft və qazla zəngin Azərbaycan heç bir mənsubiyyətə malik deyildir və bütün əsas geosiyasi oyunçularla balanslı münasibətlər qurmağa çalışır.

“Ermənistanda yeni hakimiyyətin bu yaxınlarda formalaşdığını nəzərə alsaq, bu etapda həll prosesinin necə intensiv və dərin olduğunu anlamaq ekstra zaman alacaq. Bir daha təkrar edirəm: həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yarada bilər, lakin qərarlar, əlbəttə ki, tərəflər arasında birbaşa danışıqlar çərçivəsində qəbul edilməlidir”, Lavrov qeyd etdi. 

Nikol Paşinyan Ermənistanın baş naziri təyin olunduğundan bəri texniki cəhətdən müharibə şəraitində olan iki ölkə arasındakı münasibətlərdə mülayimləşmə müşahidə olunur.

Ermənistan mətbuatı xəbər verir ki, Qarabağ münaqişə zonasına səfər edəcək və bu səfər martın əvvəlinə planlaşdırılıb. Bundan öncə, Layçak Bakı və Yerevanı ziyarət edəcək.

“Slovakiya məsələnin həlli üçün mövcud çərçivəni dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini tam dəstəkləyirik”, Lajçak qeyd edib.

Ötən həftə, Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova, 2018-ci ilin sonunda və cari ildə münaqişənin həlli istiqamətində danışıqlar prosesində “müəyyən bir canlanma” müşahidə olunduğunu deyib.

Lakin Muradova “bəzi xarici güclərin səylərini tamamilə fərqli bir istiqamətdə artırmaq cəhdlərinə” qarşı xəbərdarlıq edib.

Hətta əksini iddia edənlər də bu açıq faktı görürlər”, o, dedi. “Ancaq bəzi xarici qüvvələrin vəzifəsi bizi ən vacib məqsədimizdən yayındırmaq üçün gündəmi dəyişdirməkdir”, deyə Muradova bildirib.

Ermənistan mətbuatına görə, fevralın 18-də, “Cənubi Osetiya Respublikasının Xarici İşlər Naziri” Dmitri Medoyevin dəvəti ilə, Xarici İşlər naziri Masis Mayilianın başçılığı altında “Artsax Respublikasının” (işğal olunmuş Dağlıq Qarabağ) nümayəndə heyəti Cənubi Osetiya Respublikasına işgüzar səfərə gəlib.

Cənubi Osetiya 2008-ci ildə qısa müddətli Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziya ilə birlikdə Rusiyanın işğal altında qalan bir Gürcüstan ərazisidir. Abxaziya və Cənubi Osetiyanı tanıyan ölkələrin siyahısı çox qısadır və Venesuela, Nikaraqua və Suriya kimi daha çox Moskvanın dostlarından ibarətdir.

Moskva keçmiş sovet respublikalarında öz təsirini davam etdirmək məqsədi ilə bir sıra “dondurulmuş münaqişələr” yaratmışdır.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.