Flaminqo Dünya çempionatında ev sahibi Azərbaycanla qarşılaşacaq (supersport.com, CAR)

Flaminqo Dünya çempionatında ev sahibi Azərbaycanla qarşılaşacaq

Nigeriyanın Flaminqo klubu Azərbaycanda keçiriləcək 17 yaşa qədər qadınlar arasında FİFA 2012-ci il dünya çempionatında ev sahibi ilə qarşılaşacaq.

Yarış 22 sentyabr və 13 oktyabr arasında Bakı və Lənkəran şəhərlərində keçiriləcək. Hər qrupdan birinci iki yeri tutan komanda 1/4 finala vəsiqə qazanacaq.

Rəsmi püşkatma mərasimi iyulun 6-sı Bakıda Beynəlxalq Muğam Mərkəzində baş tutub. Flaminqo ev sahibi Azərbaycan və Kolumbiya, Kanada ilə birlikdə A qrupunda yer alıb.



 

Aşılış oyunu sentyabrın 22-si Azərbaycan və Kolumbiya arasında olacaq.

Püşkatmaya FİFA-nın qadın yarışları üzrə rəhbəri Tatyana Henni başçılıq edib. Püşkatma Hollandiyalı ulduz Ronald de Bur, Azərbaycanın və Nigeriyanın keçmiş məşqçisi Berti Foks, həmçinin Azərbaycanın 17 yaşa qədər qadın komandasının iki ulduzu Əminə Heydərova və Aysun Əliyeva tərəfindən keçirilib.

Flaminqonun məşqçisi Peter Dedevbo püşkatmanın normal keçdiyinə şahidlik edib və bildirib ki, onun güclü oyunçuları var və dünyanın ən güclüləri ilə qarşılaşmağa hazırdırlar.

"Mən əminəm ki, mənim oyunçularım istənilən rəqiblə mübarizə apara bilərlər. Məqsədimiz Afrika və Nigeriyanın fəxr edəcəyi komanda hazırlamaqdır."

 

Afrika regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağı "tanıdığına" görə Tanzaniyadan inciyib

Azərbaycan Afrika dövlətin Tanzaniyaya etiraz notası göndərib. Məlumatı XİN nümayəndəsi Elman Abdullayeva istinadən "Trend" yayıb.

Qeyd olunan məlumata görə Bakıda narazılığı o yaradıb ki, Tanzaniya XİN-in saytında tanınmamış Dağlıq Qarabağ Respublikası ayrıca ölkə kimi göstərilib.