Ermənistanın baş naziri türkmən qazı üçün yeni marşrut təklif edib (, Türkmənistan)

Ermənistanın baş naziri türkmən qazı üçün yeni marşrut təklif edib

Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfəri çərçivəsində Tehranın erməni icmasının nümayəndələri ilə görüşmüş, Ermənistan və İranın iqtisadi layihələri haqqında danışmışlar. Bu barədə Ermənistan mediası xəbər verir. Paşinyan qeyd edib ki, İrəvan İran təbii qazını Rusiyadan alınan qazdan daha aşağı qiymətə idxal etməkdə maraqlıdır. O, əlavə edib ki, sərfəli bir təklif gələrsə Ermənistan İran təbii qazının Gürcüstana nəqlində transit ölkə ola bilər.

Ermənistan hökumətinin başçısı digər qaz layihəsindən də bəhs edib. “Türkmənistan təbii qazının İran vasitəsilə Ermənistana, daha sonra Gürcüstana nəqli barədə transit layihə də mövcuddur”, Paşinyan bildirib.

Deyilənə görə, bütün yeniliklər yaxşı unudulmuş keçmişdir. Əlbəttə, erməni baş nazirinin Tehranda bəhs etdiyi layihə yeni bir şey deyil. Əvvəllər də o barədə söhbət edilib, lakin nadir hallarda, çünki qaz sahəsindəki əməkdaşlıq vəziyyəti o zaman üçün hər kəsə az-çox sərf edirdi. Əgər indi xatırlanıbsa, deməli nə isə dəyişib. Bununla belə, etiraf etmək lazımdır ki, Paşinyanın xatırlatdığı layihə maraqlıdır və ilk baxışda göründüyündən daha realdır.

Bu layihənin də gizli maneələri var, ancaq digər layihələrlə müqayisədə böyük üstünlüklərə malikdir. Ən böyük üstünlüyü isə bu marşrutda Xəzər Dənizinin olmamasıdır. Bu o deməkdir ki, türkmən qazının ixracinin, məsələn Avropaya, əleyhdarlari ilə mübarizə aparmağa ehtiyac qalmayacaq.

Məsələ burasındadır ki, Paşinyanın təklifi post-sovet respublikalarının müstəqilliyinin yeni vaxtlarında qaz əməkdaşlığı təcrübəsinə istinad edir. Hazırda bu xüsusi olaraq xatırlanmır, hərçənd müstəqilliklərinin ilk illərində Gürcüstan, Ermənistan və Azərbaycan Türkmənistan təbii qazını Rusiyanın qaz nəqli sistemi vasitəsilə idxal edirdilər.

Paşinyan bu sxemə nəzərdə tutan tək bir fərqlə qayıtmağı təklif edir. Belə ki, Türkmənistan qazı Rusiya qaz nəqli sistemi ilə deyil, İran vasitəsilə nəql edilsin. Nə üçün? Ermənistan hökumətinin başçısı bunun səbəbini də gizlətmir. O, Rusiyadan idxal olunan qazdan daha ucuz qiymətə təbii qaz axtarır. 

Qazı Rusiya, İran və ya Türkmənistandan olduğu üçün deyil, daha ucuz və sərfəli olduğu üçün almaq normal bir haldır.

Hadisələrin gələcəkdə necə inkişaf edəcəyini bilməsək də, bütün layihələrin sözlərlə başladığını bilirik. Əbəs yerə demirlər ki, öncə söz kəsilir.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.

ABB restrukturizasiyanı tamamlayıb investisiya şirkəti qurur

Dövlət tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Bankı (ABB) bərpa işlərini başa çatdırıb, investisiya şirkətini qurmağa və planlaşdırılan özəlləşdirməyə hazırlaşır, bankın İdarə Heyətinin sədri Reuters-ə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə neftlə zəngin ölkənin ən böyük bankının təmizlikdən sonra yanlış idarəetmə nəticəsində yaranan problemli aktivlərdən xilas olmaq üçün əmr verib.