Enerjidə açar ölkə Türkiyə (Milliyet Türkiyə)

TANAP-ın vaxtında tamamlandığını və bir neçə ay içində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işlərinin bitəcəyini açıqlayan nazir Dönməz, “TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi güclənəcək” dedi.

Enerji və Təbii Qaynaqlar Naziri Fatih Dönməz Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) vaxtında tamamlandığını bildirmişdir: “Növbəti bir neçə ay ərzində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işləri də bitəcək. Bu çərçivədə TAP layihəsinin də TANAP kimi ən sürətli şəkildə başa çatdırılmasına ümid edirik”.

Azərbaycanın paytaxtı Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məsləhət Şurası 5-ci Nazirlər İclasının açılışında iştirak edən Dönməz, Cənub Qaz Dəhlizinin region ölkələrinin iş birliyi mövzusundakı qərarlılığını ortaya qoyan ən vacib layihələrdən biri olduğunu dedi.

Cənub Qaz Dəhlizinin 45 milyard dollardan çox investisiya tələbi ilə istehsaldan son istehlakçıya qədər böyük bir dəyər zəncirinin meydana gəldiyini qeyd edən Dönməz, layihənin bölgə ölkələri arasında harmoniya, həmrəylik və uyğunlaşma sayəsində həyata keçirildiyini və bölgədəki digər layihələrin bu siyasi razılaşmanı nümunə kimi nəzərə almalarının lazım olduğunu söylədi.

Tarixi layihə

Cənub Qaz Dəhlizinin “onurğası” olan TANAP-ın ölkələr arasındakı əməkdaşlığının gözəl bir nümunə olduğunu qeyd edən Dönməz, “Keçəl il, 12 iyunda, TANAP-ın vaxtında başa çatdırılmasına hamımız şahid olduq. Türkiyəyə ilk qaz tədarükünü 30 iyun, 2018-də həyata keçirdik. Növbəti bir neçə ay içində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işləri də bitəcək. Bu çərçivədə TAP layihəsinin də TANAP kimi ən sürətli şəkildə başa çatdırılmasına ümid edirik”, dedi.

Dönməz, Türkiyə-Azərbaycan qardaşlığının TANAP ilə region coğrafiyasının sərhədlərini aşaraq, yeni qitələrə və yeni insanlara çatdığını dedi. Nazir Dönməz, öz nitqinə belə davam etdi: “TANAP Dövlət Başçımız və Cənab Əliyevin güclü iradələri və qonşu ölkələrin uzaqgörən idarəediciləri sayəsində ortaya çıxmışdır. Azərbaycan və Türkiyənin güclü enerji baxışı sayəsində bir sıra işlərə birlikdə müvəffəq olmuşuq, yenə müvəffəq olacağıq.  Bu güclü əlaqə, bu dərin qardaşlıq və dialoq bizim insanlığa bıraxacağımız ən böyük mirasdır. TANAP, itirən tərəfi olan tarixi bir layihədir. TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi daha da güclənəcək. Azərbaycan tədarükçü ölkə mövqeyi ilə yeni bazarlara çıxış əldə edəcək.  

Avropa isə qaynaq ölkə və marşrut müxtəlifliyini artıracaq. TANAP, Avropa təchizat təhlükəsizliyinə verdiyi töhfənin yanında, Türkiyədə enerji siyasəti çərçivəsində də tamamlayıcı və dəstəkləyici bir ünsür olacaq.

Ötən iki il ərzində, infrastruktur layihələrini inkişaf etdirərək təbii qazda təchizat təhlükəsizliyinin təminatına yönəlmiş çox mühüm addımlar atdıq. Bu çərçivədə FSRU təsisini  istifadəyə verdik və mövcud LNG terminallarımızın imkanlarını yüzdə yüzə yaxın bir nisbətdə artırdıq. Bundan əlavə, 2023 ilinə qədər 11 milyard kub metrə çatdırılması planlaşdırılan təbii qaz saxlama potensialını 3.5 milyard kub metrə çatdırdıq”.

1 milyard metr kub təbii qaz nəqli

Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsindən məmnunluq hissi duyduğunu dilə gətirdi. Əliyev, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məsləhət Şurasının 5-ci Nazirlər İclası zamanı, öz nitqində, Şahdəniz 2, Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət olan Cənub Qaz Dəhlizinin üç mərhələsinin tamamlandığını və sonuncu mərhələ olan TAP-da işlərin yüzdə 85-nin tamamlandığını vurğulamışdır: “Layihənin uğuru komanda işi sayəsində əldə olunmuşdur. Ötən il, Azərbaycanda Cənub Qaz Dəhlizinin, Türkiyədə isə TANAP-ın açılışı olmuşdur. TANAP vasitəsilə 1 milyard kub metrden çox təbii qaz Türkiyəyə nəql edilmişdir. TAP layihəsi də növbəti il bitəcək”.

Yeni kəşflər ola bilər

Azərbaycan təbii qazının Avropa enerji bazarı üçün yeni mənbə olduğunu qeyd edən Əliyev, Cənub Qaz Dəhlizinin eyni zamanda enerji təhlükəsizliyi layihəsi olduğunu vurğuladı. Azərbaycan təbii qazının  böyük hissəsinin Şahdəniz yatağından hasil edildiyini deyən Əliyev, “Azərbaycanın 2.3 trilyon kub metr təsdiqlənmiş təbii qaz resursu var. Lakin, başqa yataqlarda da araşdırmalar aparılır” bildirdi.

Nəşrin orijinalı: Enerjide anahtar ülke Türkiye
Nəşr olunub:

Türkiyə regionuna aid digər nəşrlər

Yeni tarixi bir film yoldadır: “Nargin Adası...”

HABERTÜRK

Azərbaycanın paytaxtı Bakıda yerləşən və Birinci Dünya Müharibəsi illərində minlərlə Türkün əsir olaraq tutulduğu “Nargin Adası” ağ pərdəyə köçürüləcək. Filmin çəkilişləri iyun ayında başlayacaq.

3 nəsil yenidən meydanda

Cumhuriyyet

Dizlərindən yara alan və futbol həyatları iflasa uğrayan Azərbaycanın yaşıl meydanlarında fırtına kimi əsmiş 3 nəsil futbolçuları Ramiz Məmmədov, Afdandil Hacıyev və Ruslan Hacıyev bir Türk həkimin etdiyi əməliyyat ilə öz sağlamlıqlarına qovuşmuşlar. Hər üç futbolçu “Onun oğlu kimi olduq” deyir.

"Türkiyə - Azərbaycan Ortaq Miras" tədbiri

CNN türk

“Türkiyə-Azərbaycan Ortaq Miras” proqramında, Azərbaycan Dövlət Rəqs Ansamblı səhnə aldı. Tədbir İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən Lütfi Kırdar Konqres və Sərgi Sarayında keçirildi. 

Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzinin (Hazarfem) təşkilatı ilə təşkil edilən tədbirdə, Hazarfem-in Sədri Nuran Acar iki ölkə qardaşlığının uzun illərdir davam etdiyini söylədi.