Əliyevi üçüncü müddətə inandırırlar (Независимая газета Rusiya)

Ölkədə prezident seçkilərinə il yarım qalmış bir vaxtda Azərbaycandakı siyasi qüvvələr öz elektoratını qış yuxusundan ayıltmağa çalışır. Müxalifətin gprünməmiş fəal payız söz verdiyi bir baxtda iqtidar həmişəki kimi onları qabaqlayıb və bəyan edib ki, "Yeni Azəbaycan" partiyasından (YAP) prezidentliyə namizəd hazırki ölkə başçısı olacaq.

YAP-ın sədr müavini. icraçı katibi Əli Əhmədov jurnalistlərə deyib: "İlham Əliyevi növbəti 2013-cü il seçkilərində təkcə 600 minlik partiya üzvləri deyil, həm də ölkə əhalisinin əksərhissəsi görmək isəyir". O əlavə edib ki, Əliyevin prezident kürsüsünə namizədliyi rəsmi surətdə gələn ilin əvvəlində partiyanın qurultayında irəli sürüləcək.

Qeyd etmək lazımdır ki, İlham Əliyevin özü hələ üçüncü müddətə prezidentliyə gedəcəyini, vəya aktiv siyasətdən uzaqlaşacağını bəyan etməyib. Lakin əksər analitiklər əmindirlər ki, enerjili və keçən illərdə dövlət idarəçiliyi təcrübəsi toplamış İlham Əliyev çətin ki, başlanmış islahatlar kursunu və transmilli iqtisadi proyektlərin realizəsini davam etdirmək imkanından imtina edə. Bir halda ki, ölkə Konstitusiyası bunu qadağan etmir və Azərbaycanın siyasi üfüqündə onunla rəqabət aparacaq mühim bir fiqur görünmür.

Analitiklərin gəldiyi fikirlərlə razılaşan Azərbaycan prezident administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Nezavisimaya Qazeta"ya eksklüziv müsahibəsində diqqəti İlham Əliyevin prezidentliyi dövründə respublikanın qazandığı nailiyyətlərə yönəldib. O qeyd edib: "Son illərərzində Azərbaycan XXI əsrdə dövlət inkişafının keyfiyyətcə yeni kursunu əldə edib. Modernləşmə ölkə inkişafının əsas istiqamət statusuna çevrilib. Bununla da iqtisadi dirçəlmə və siyasi stabillik ilə yanaşı, kreativ gənc nəslin formalaşmasına təkan verir."

Onun sözlərinə görə, bugün Azərbaycan iqtisadiyyatı bütün Cənubi Qafqaz ölkələrinin ÃœDM-in 3/4 hissəsini təşkil edir. 2003-cü ildən (İlham Əliyevinpreident seçildiyi il) Azərbaycanın ÃœDM 3 dəfə artıb, o cümlədən neft sektoru üzrə 2 dəfə. xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta reservi 19 dəfə artaraq 44 mlrd. dollar təşkil edib. Azərbaycanın ÃœDM-də investisiyaların payı 2011-ci ildə 31,5% təşkil edib, bu isə dünya üzrə ötən il ən yüksək göstəricilərdən biri olub. Ölkədə milyondan artıq daimi iş yerləri yaradılıb və yoxsulluğun səviyyəsi 49-dan 7% enib.

"Qeyd etmək vacibdir ki, respublikanın ən əsas nailiyyəti qısa müddət ərzində bazar iqtisadiyyatına keçidi uğurla yekunlaşdırması və liberal iqtisadi münasibətlərin yaradılmasıdır. Bunlar bir tərəfdən iqtisadi inkişafın keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına səbəb oldu, digər tərəfdən də qloballaşan dünyaya inteqrasiya ilə əlaqəli çətinliklərin aradan qaldırılmasına təkan verdi. Məhz bu məqsədlərə uyğun olaraq, Azərbaycanın inkişafının indiki xüsusiyyətlərinə əsaslanan  "Azərbaycan -2020: gələcəyə baxış" inkişaf konsepsiyası hazırlanıb." - Elnur Əliyev əlavə edib.

Bütün bunlar ciddi arqumentlərdir, və müxalifətin buna cavab verməyə heçnəyi yoxdur. Müstəqil politoloq Eyvaz Səfərlinin fikrincə, əhalinin əksəriyyəti müxalifət partiyalarının liderlərinə inanmırlar, hansılara ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan zaman öz siyasi və idarəçi savadsızlıqlarını göstərmiş və ölkəni dağılmaqdan xilas etmək üçün Heydər Əliyevi hakimiyyətə çağırmağa məcbur qalmışdılar.

Qey edək ki, Azərbaycan prezident seçkiləri 2013-cü ilin payızında keçiriləcək. Ölkə konstitusiyası üçüncü müddətə prezidentliyi qadağan etmir.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağla bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd edib

Лента-Ру

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətində Ermənistanla aparılan danışıqlarda irəliləyiş olduğunu qeyd edib, İnterfaks xəbər verir.

MOL Chevron-un Azərbaycandakı payını alacaq

The Oil & Gas Journal

Budapeştin MOL Qrup şirkəti Chevron Korporasiyasının Azərbaycandakı əsas payını almağa razılıq verib.

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

REX

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.