Əliyev hara getsin - Qərbə, yoxsa Şərqə? (ИА REGNUM, Rusiya)

Əliyev hara getsin - Qərbə, yoxsa Şərqə?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün öncə  REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. Bu, Azərbaycan liderinin son illərdə milli mətbuata verdiyi ilk eksklüziv müsahibədir. Düzdür, əslində, respublikadakı ictimai-siyasi həyatın vəziyyətini qiymətləndirən Əliyev, cari islahatlar və onların əsas məqsədləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafındakı vəziyyətə toxunaraq yeni bir şey söyləmədi. Səslənən tezislər daha öncə onun tərəfindən bu və ya digər şəkildə digər ictimai bəyanatlarda dilə gətirilmişdir. Ekspertlərin diqqətini isə başqa şey cəlb edib. Əliyevə sual veriləndə ki, niyə o ölkənin xarici siyasətini xarakterizə edərkən köhnə “balanslaşdırılmış siyasət” anlayışına bir də “milli maraqlar üzərində qurulmuşdur” cümləsini əlavə etdi. Prezidentin cavabı:

“Bəli, o açıqlama təsadüfən verilməmişdi. Çünki, bir daha deyirəm ki, bəzi xarici mətbuat orqanlarında, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış siyasət aparır və sanki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”.

Qeyd etmək lazımdır ki, “balanslaşdırılmış siyasət” termini öz akademik açıqlamasında xarici düşmən qüvvələr tərəfindən olan təhdidlərə qarşı durmaq üçün güclü dövlətlər arasında tarazlanma istiqamətində dəstək anlayışı ehtiva edir. Buna baxmayaraq, belə xarici siyasət aparan hər ölkə, Azərbaycan da daxil olmaqla, ən müxtəlif üsullar, iqtisadiyyat və diplomatiya sayəsində əldə olunan (və əldə olunmayan) milli maraqları bütün maraqların üstündə tutmalıdır. Bütün bunlar ümumi olaraq baş verir. Bir ölkə öz milli maraqlarını xarici siyasət kursu qurmaq üçün bir təməl kimi ortaya qoyduqda, bu o deməkdir ki, “balans” sistemində nəsə səhv var. Bizim fikrimizcə, Əliyev bu faktı Real televiziyasına verdiyi müsahibəsində qeyd etmişdir. Bu isə, yalnız, regionda baş verən hadisələrə ciddi təsir göstərən xarici güc mərkəzlərindən biri zəiflədiyi və ya gücləndiyi zaman baş verir.

Qeyd edək ki, Azərbaycanda qüvvələrin “balanslaşdırılmış” siyasəti indiyə qədər qərbyönümlü xarakter daşıyırdı. Bakı Vaşinqton ilə strateji tərəfdaşlıq səviyyəsinə çıxmaq üçün can atırdı, Türkiyə ilə hərbi-siyasi ittifaqa daxil olmuşdu, bir çox Avropa paytaxtları ilə ikitərəfli münasibətlər qurmuşdu.  O, NATO ilə müxtəlif proqramlarda aktiv şəkildə əməkdaşlıq etməsinə baxmayaraq, özünü hərbi bloklardan asılı olmayan bir ölkə kimi göstərir. Bakı, eyni zamanda, Moskva ilə də dialoqu saxlamışdır, lakin, regional təhlükəsizliyin təminatına dair fərqli yanaşma səbəbindən bizim ölkələri tərəfdaş adlandırmaq olmaz.  Azərbaycan-İran münasibətləri də asan qurulmamışdır. Öz enerji resurslarını xarici bazarlara çıxardaraq, Bakı daxili inkişaf üçün resurs təminatı əldə etdi və bu sahədə uğur qazanmağa davam edir. Buna baxmayaraq, Azərbaycan hələ də Qərblə olan əməkdaşlığını öz ssenarisi üzrə Dağlıq Qarabağ münaqişəsinin həllinə çevirə bilməyib. 

Və bu, hələ ən inanılmaz diplomatik virajlardan sonra da dəyişmədi. Bakının nümayəndələrini Vaşinqtonda, Moskvada, Brüsseldə, Ankarada, Tehranda, Təl-Əvivdə və hətta Havanada da qəbul edirlər. Sanki, Azərbaycan, dünyanın qeyri-stabil hissəsində yerləşməsinə baxmayaraq, Qərbin maraq dairsənin mərkəzindədir. Əgər bu belədirsə, o zaman o, ilk növbədə öz vəzifəsini yerinə yetirməlidir: Avropadakı hər kəs kimi olmalıdır. Yəni, “demokratik dövlət” - Avropanın siyasi və digər dəyərlərinin daşıyıcısı olmalıdır, məsələn, Türkiyənin Atatürkü kimi. Bakı anlayanda ki, bunun arxasında nə var və geriyə çəkiləndə, Avropa və ABŞ mətbuatında “insan hüquqları lobbisi” tərəfindən xüsusi hazırlanan kampaniyalar onun üstünə çökdü. Heç də təsadüfi deyil ki, bu cür kampaniyalar Yaxın Şərqdə baş verən bu və ya digər  böhran məsələləri ilə üst-üstə düşür. Lakin bununla belə, bəzi Azərbaycan siyasətçiləri hər şeyi sırf “dünya ermənizminin” hiyləsi kimi izah etməyə çalışırlar.

Bu, heç də, belə deyil. Ancaq, ABŞ Prezidenti Donald Trampın İranı bitirmək haqqındakı açıq-aşkar bəyanatı olmasaydı, bu belə tolerə edilə bilərdi. Çünki bu məsələ Azərbaycana birbaşa təsir edəcək və onu obyektiv şəkildə seçim qarşısına qoyur, və onun itirəcək şeyi vardır. “Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün,  - Əliyev Real-a müsahibəsində deyib.- Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır. Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox”.

Əliyevin yanaşmalarındakı bu məqamı dövlət başçısının keçmiş köməkçisi Eldar Namazov tutmuşdur. Axar.az portalına müsahibəsində ekspert qeyd etmişdir ki, “hazırda Rusiya və ABŞ arasında ciddi qlobal proses gedir. Çin, Avropa ittifaqı, NATO bu münaqişənin tərəfləri kimi çıxış edir. Qaynar nöqtələrdən biri bizim regiondur. Hazırki münaqişənin ətrafında daha ciddi proseslər bizə qonşu olan İranda baş verir. Bir müddət öncə, İsrailin baş naziri Benyamin Netanyahu qeyd etmişdir ki, İslam inqilabının növbəti ildönümü İranda keçirilməyəcək. Yəni, o, istər sülh, istər güc yolu ilə İranda rejim dəyişikliyi prosesinin mühüm mərhələyə girdiyini elan etdi. Regionumuzdakı bu qlobal qarşıdurma Azərbaycana ciddi təsir göstərə bilər”. Və, davam edək:

“Regionumuzda həmçinin ciddi dəyişikliklər də baş verə bilər. Əgər İran ətrafında qarşıdurmalar başlasa, sərhədlərimizdə baş verən hadisələr Azərbaycana təsir etməyə bilməz. Teoretik mümkün ssenarilər düşünərkən, biz 5-6 variantın olduğunu görürük. Yeni bir dünya quruluşunun formalaşdırılması üçün bu variantlar arasında çox təhlükəli və mənfi olanlar da,  ölkəmiz üçün yeni imkanlar açan və ya Azərbaycanın mövcud imkanlarını genişləndirənlər də var. Bu, həm Qarabağ, həm də Cənubi Azərbaycan ilə, eləcə də Azərbaycanla Türkiyə arasında quru sərhədlərin (Zəngəzur) yaradılması ilə bağlı ola bilər”.

Namazov, “qarşıdurmada iştirak edən dünya güc mərkəzlərindən uzaq bir məsafədə olmağı nəzərdə tutan məhdudiyyətləri” inkar etmək zərurətini, “hər hansı bir ideoloji çərçivə ilə” özünü məhdudlaşdırmaq istəməməsini, “ərazi bütövlüyünün bərpası üçün milli maraqların qorunması istiqamətində addımlamaq zərurətini, Azərbaycanın təhlükəsizliyini, təhlükələrdən qorunmasını, yaranmış imkanlardan səmərəli istifadə etməyi, Azərbaycanın baş verən proseslərdə gücləndirilməsini məhz bu məqamlarla izah edir. Düzdür, “bir millət - iki dövlət” şüarı ilə yanına aldığı Ankara istisna olmaqla, Bakının hansısa başqa bir dövlət ilə münasibətləri ideoloji əsasda qurduğunu söyləmək çətindir. Eyni zamanda, Türkiyənin başı hazırda Suriyadakı və İraqdakı silahlı münaqişələrə qarışıb, indi o, Azərbaycana zaman ayıracaq halda deyil. Əliyevin sözlərinə görə, İslam dünyası dağınıqdır və onun üzərində ciddi bir bəhsə girmək lazım deyil. Qərb demokratik dəyərləri də Azərbaycanın xarakterinə uyğun deyil.

O zaman, regionda mənfi geosiyasi ssenarilər reallaşarsa, Bakı  kim ilə “ərazi bütövlüyü uğrunda mübarizə aparacaq və öz təhlükəsizliyini təmin edəcək”? Hazırda, Vaşinqton Avropanın enerji təminatı ilə bağlı problemlərə fikir vermir və Cənubi Qafqazın və onun iştirakı ilə reallaşan enerji logistikası amerikalılar üçün maraqlı deyil. Bu gün, Azərbaycan ABŞ üçün yalnız Ağ Ev tərəfindən diktə edilən və əməl edilmədiyi təqdirdə respublika ətrafında hərbi-siyasi vəziyyəti çətinləşdirə bilən çox ciddi şərtlər çərçivəsində strateji tərəfdaş rolunda çıxış edə bilər. Bəs, Bakı üçün nə alternativ ola bilər? Vaşinqtonun Tehran ilə nüvə sazişindən çıxma haqqında bəyanatının pərdə arxasındakı əsl məqsəd çox yaxında aydın olacaq. Proqnozlar çox müxtəlifdir və heç də optimist deyil.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.