Ekspert: Belarusun Azərbaycanla neft danışıqları aparması Rusiyaya iynə sancmaqdır (ИА REGNUM Rusiya)

"Rusiyanın belarus neft şirkətlərinin iqtisadi maxinasiyalarını araşdırdığı bir vaxtda Belarusun Azərbaycanla danışıqlar aparmasını Rusiyanın ünvanına növbəti sancma kimi hesab etmək olar," - "Energetika və maliyyə institutu" fondunun iqtisadi araşdırmalar sektorunun eksperti Serqey Aqibalov müsahibəsində bildirib.

Xatırladaq ki, iyulun 9-da Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç rəsmi Bakının Belarusa neft satmasına hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə azərbaycan xammalının idxalı məsələsi "prinsip etibarilə həll olub", və əlverişli konyuktura yaranan zaman bu məsələlər təşkil ediləcək. Bu da öz növbəsində, neft idxalının diversifikasiyasında "vacib faktora" çevriləcək. Qeyd edək ki, bundan əvvəl rus şirkətləri belarus hakimiyyətini Rusiya neftindən hazırlanmış heft məhsullarını "məhlullar" və "durulaşdırıcılar" adı altında qeyri-qanuni olaraq xaricə satmaqda günahlandırmışdı. 2012-ci il üçün Rusiyanın təxmini itkisi 2 mlrd. dollar qiymətləndirilmişdi.

Serqey Aqibalov güman edir ki, Azərbaycanla danışıqlar aparmaqla belarus hakimiyyəti Rusiyaya öz enerji müstəqilliyini göstərmək istiyir. Buna baxmayaraq, bunda "Rusiya üçün heç bir təhlükə yoxdur". İstənilən halda neft münasibətlərinin bərpası hər iki tərəf üçün sərfəli ola bilər. "Belarus tərəfi üçün xeyri əvvəl deyildiyi kimidi: bu, Rusiya neftini cari şərtlər əsasında əldə etmək və eyni vaxtda iqtisadi tərəfdaş dairəsinin genişləndirilməsi. Azərbaycan üçün isə, Belarus bazarında möhkəmlənmək - bu daha çox imic xarakteri daşıyır."

Ekspert mövcud vəziyyətdə Azərbaycanın xarici bazarları ələ keçirmə proqramını bu cür görür: "Bunun ən sadə və təbii istiqaməti Aralıq dənizi hövzəsi ölkələri ilə əməkdaşlıqdır, yox əgər Azərbaycanın qiymətləri Belarus tərəfini qane etsə, inkişafın bu istiqamətdə inkişafı da kifayət qədər perspektivlidir".

Sonda Aqibalov rus sahibkarlarının narahatçılıqlarını təkzib edib: "Düşünmürəm ki, bütün bu əməliyyatlar Rusiya üçün hansısa bir təhlükə mənbəyi ola bilər. Belarus üçün hər zaman rus neftindən istifadə etmək əlverişli olub və olacaq. Azərbaycan neftinin idxalında isə qeyri-adi və qorxulu bir şey yoxdur."

Nəşr olunub:

Avropa regionuna aid digər nəşrlər

Bu günəcən olan ən yaxşı makiyaj dəyişiklikləri

Mail Online

Məşhurların makiyaj ustası öz gözəllik sirrlərini açıqlayır – saniyələr içində müştərilərini necə 10 il gəncləşdirir.

  • Məşhurların vizajisti minlərlə insanı inanılmaz makiyajları ilə heyran buraxır
  • Azərbaycan, Bakıdan olan Anar Ağakişiyev öz müştərilərini yenidən yaradır 
  • Onun hər cür qırış, incə cizgi, tünd ləkə və dairələri yox etmək qabiliyyəti var
  • 35 yaşındakı vizajist qadınlara 10 il gəncləşməyin sirrlərini açıqlayır

Monteneqro və Azərbaycan: birgə mədəniyyət fəaliyyətləri

Total Montenegro News

Monteneqronun Mədəniyyət Naziri Aleksandr Bogdanoviç bir müddət əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə Bakıda görüş keçirib.

Monteneqro ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər dostca və məzmunlu olduğu üçün görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edilmişdir.

Azərbaycanlı mühacir Ukraynada necə iş adamı olduğu haqda danışır

Gazeta.ua

Azərbaycanlı Alim Ələsgərovun Kiyev vilayətinin Skvirskaya rayonunun Txorivka kəndində qoyun ferması var. Azərbaycan və Türkiyəyə qoyun ixrac edir.

Öttinqer: Aİ Azərbaycanın Avropaya qaz tədarükünü iki dəfə artırmağı nəzərdə tutan layihələri nəzərdən keçirə bilər

UrduPoint

Avropa İttifaqı gələcək onilliklər ərzində Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmağı nəzərdə tutan layihələri nəzərdən keçirə və illik təchizatı 20-25 milyard kub metrə çatdıra bilər, Avropa İttifaqının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Öttinqer bildirib.