Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq ( The Jerusalim Post İsrail )

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.

Üç Yəhudi cəmiyyətinin nümayəndələri Azərbaycanda yaşayır: Dağ Yəhudiləri (əsasən Quba rayonunun Krasnaya Sloboda kəndində yaşayırlar); Avropalı yəhudiləri və ya aşenazlar (Bakıda və Sumqayıtda yaşayırlar) və əsasən Bakıda yaşayan gürcü yəhudiləri. Sovet Birliyinin süqutundan sonra dağ yəhudiləri yəhudi əhalisinin dominant qrupu oldular.

Qədim dövrlərdən bəri yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışlar.

Azərbaycanda isə dövlət yəhudiləri hər cür dəstəklə təmin edib. Ümummilli lider Heydər Əliyev 1990-cı ildə hakimiyyətə gəldikdən sonra yəhudilər dövlətdən tam dəstək almağa başladılar. Bu gün yəhudilər bu dəstəyi Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də hiss edirlər.

2011-ci ilin mart ayında dağ yəhudiləri icması üçün sinaqoqun inşası yaxşı nümunədir. Hesab edirəm ki, Bakıda və Qubada fəaliyyət göstərən yəhudi məktəblərinin bütün lazımi şəraitlə təmin olunduqlarının deməyə ehtiyac yoxdur. Yəhudilər sosial həyatın digər sahələrində olduğu kimi ölkənin ictimai və siyasi həyatına da müvəffəqiyyətlə daxil olublar. 

Azərbaycanın yəhudi vətəndaşlarının necə qayğı və sevgi ilə əhatə olunduqlarını, sülh və ahəng şəraitində yaşadıqlarını görmək üçün Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı qəsəbəni (Krasnaya Sloboda) ziyarət etmək kifayətdir. Kəndin memarlıq bazası sinaqoq binalarından ibarətdir. Krasnaya Sloboda təmiz və səliqəli küçələr boyunca uzanan əsasən 2 və 3-mərtəbəli koteclərdən, evlərdən və mağazalardan ibarət müasir qəsəbədir.

Lakin, keçmişin daha aydın şəklini bərpa etmək üçün muzeyə ehtiyac vardı. Bu istiqamətdə addımlar artıq atılıb. Tezliklə kəndin köhnə Karxogi Sinaqoqunun yanında Dağ Yəhudilərinin Muzeyi yaranacaq. 

Muzey Krasnaya Slobodadan olan rusiyalı biznesmenlər Qod Nisanov, Zarax İliyev və German Zaxaryaevin təşəbbüsü ilə yaradılacaq. Muzeyin tikintisi intensiv şəkildə həyata keçirilir. Sovet illərində muzeyin olacaq köhnə sinaqoqun içində kənd təsərrüfatı məhsullarının anbarı yerləşirdi.

Sovet İttifaqının dağılmasından sonra sinaqoq binası boş qalmışdı. Muzeyin yaradılması həmçinin ibadət evinin bərpasına da töhvə verəcək.

Birinci mərtəbədə konfrans otağı, balaca kitabxana və muzeyin ehtiyat bölməsi yaradılacaq. Sinaqoq binası meydan formasında olacaq. Mümkün qədər çox eksponat yerləşdirmək üçün iki qat yaradılmağa qərar verildi. Otağın hündürlüyü 5 metrdən artıqdır.

Sinaqoq binasında muzeyin yaradılması fikri bir nömrəli eksponatın məhz köhnə sinaqoq binasının özünün olacağını nəzərdə tuturdu. Ziyarətçilər sinaqoqun əvvəllər necə göründüyünü və bir zamanlar Azərbaycanda necə sinaqoqun olduğunu görə biləcəklər.

Muzeyin yaradılması sadəcə Krasnaya Slobodanın dağ yəhudiləri icmasının deyil, bütün yəhudi icmasının mirasını qorumaq məqsədini daşıyır.

Muzey Qafqazın hər yerindən eksponatlar, xüsusilə də lüğətlər toplayır. Muzeydə dünyanın Juri dilində ən böyük kitabxanasını yaratmaq təklif olunmuşdur. Bu, dünya üzrə 100.000-dən çox insanın danışdığı bu unikal dialektin linqvistik tədqiqatlarına kömək edəcək. 

2018-ci ilin son günlərində İsrailin Baş Naziri Benyamin Netanyahunun qardaşı və  dramaturq İddo Netanyahu Krasnaya Sloboda kəndini ziyarət edib. O qeyd edib ki, Azərbaycanlıların dağ yəhudilərinin mirasına necə həyəcan və qayğı ilə yanaşdığını görmək onu heyran dib.

O, Azərbaycanda azərbaycanlılar və dağ yəhudiləri arasındakı anlaşma və dostluq münasibətlərindən dolayı xüsusi minnətdarlıq hissi ifadə edib. Səfər zamanı İddo Netanyahu iki yerli sinaqoqu da ziyarət edib.

Hazırda, Krasnaya Sloboda kəndi İsrail, Birləşmiş Ştatlar, Rusiya və çoxlu başqa ölkələrdən olan turistlər tərəfindən ziyarət edilən yerdir. Turistlərin kəndə marağı ildən ilə artır. Dağ yəhudilərinin muzeyi Krasnaya Slobodaya daha çox turist cəlb etməkdə katalizator rolunu oynayacaq.

Əgər bəzi turistlər kəndə mini-Qüds görmək üçün gəlirsə, bundan sonra ölkəmizin Yəhudi qonaqlarının buranı ziyarət etməsi üçün əlavə səbəbi də olacaq. Nəticə etibarilə, Azərbaycandakı dağ yəhudilərinin həyat, mədəniyyət, adət və ənənələrə, həmçinin onların məskunlaşma tarixi və həyatına həsr olunan muzey yaradılacaq.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağla bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd edib

Лента-Ру

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətində Ermənistanla aparılan danışıqlarda irəliləyiş olduğunu qeyd edib, İnterfaks xəbər verir.

MOL Chevron-un Azərbaycandakı payını alacaq

The Oil & Gas Journal

Budapeştin MOL Qrup şirkəti Chevron Korporasiyasının Azərbaycandakı əsas payını almağa razılıq verib.

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

REX

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.