Nəşrlər (Pakistan)

Milli Məclisin spikeri Azərbaycanı çoxşaxəli ticarət və əlaqələrə dəvət edir

İSLAMABAD: Milli Məclisin Spikeri Əsəd Qeysər Azərbaycanın işgüzar dairəsini müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq üçün Pakistana səfərə dəvət edib.

Azərbaycanın səfiri Əli Fikrət oğlu Əlizadə cümə axşamı Milli Məclisin Spikeri ilə Parlament Binasında görüş keçirib.

Səfir ilə dialoqunda, cənab Qeysər hər iki ölkənin müxtəlif regional və beynəlxalq məsələlərdə ümumi fikir və qavrayışları bölüşdüyünü dilə gətirmişdir. O, həmçinin Azərbaycanın Pakistanın Kəşmir üzərindəki prinsipial mövqeyi ilə bağlı dəstəyini də yüksək qiymətləndirib.


News Photo

Guru Nanak Ji-nin xatirəsini qeyd etmək üçün Bakıda Gurdvara Sahib binası inşa ediləcək

Amritsar: Şiromani Gurdvara Prabhandak Komitəsinin sədri Qobind Singh Lonqoval bəyan edib ki, Guru Nanak Ji-nin səfər xatirəsini qeyd etmək üçün Azərbaycanın paytaxtı Bakıda Gurdvara Sahib inşa ediləcək.

Komitə tərəfindən verilmiş yazılı bəyanata əsasən, Hindistan Ali Kommisiyası Bakıda Samaqam keçirməyə təşəbbüs göstərib. Samaqam bu ilin sonuna təsadüf edən Guru Nanak Ji-nin 550-ci Parkash Gurpurap-na həsr olunub.