Nəşrlər (Ermənistan)

News Photo

JMK: "Azərbaycan dərhal Hilal Məmmədovu azad etməli və Talış Sədo jurnalistlərini təqib etməyi dayandırmaldır

Azərbaycan hakimiyyəti etnik talış qazetinin redaktoru Hilal Məmmədova qarşı qaldırılmış siyasi motivli ittihamları dayandırmalı və onu dərhal azad etməlidir. Jurnalistləri Müdafiə Komitəsi  bu bəyanatla çıxış edib.

Jurnalistləri Müdafiə Komitəsinin verdiyi məlumata görə Talış Sədo qəzetinin redaktoru Məmmədov dövlətə xəyanətdə, etnik və dini ədavəti qızışdırmaqda və narkotik maddə saxlamaqda ittiham olunur .

Reyters agentliyinin məlumatına görə ittiham sübut olunsa onu ömürlük həbs cəzası gözləyir. Qəzetlərin məlumatına görə jurnalist heroin saxladığına görə iyun ayının 21-dən həbs edilib. Ancaq ailə üzvləri jurnalistlərə bildirib ki, narkotik maddəni onun evinə polislər qoyub.