Çindən "yer-hava" tipli raket alma cəhdinə görə britaniyalı 3 il yarım azadlıqdan məhrum edildi (Интерфакс, Rusiya)

Böyük Britaniyada yerli silah alverçisi Maykl Rencer 3 il yarım azadlıqdan məhrum edilib. O, Çin Xalq Respublikasından "yer-hava" tipli raket almaq və onu sonra Azərbaycana satmaq cəhdində ittiham olunur. Məlumatı Britaniya KİV yayıb.

Britaniya prokurorluğunun bəyanatında bildirilir ki. Rencerin Azərbaycanla münasibəti qeyri-qanuni olmaqla yanaşı, həm də çox təhlükəlidir. Britaniya prokurorlarının sözlərinə görə Rencer beynəlxalq silah alverçisidir və silahları qeyri-qanuni daşımaq üçün Honk-Qonk-da rəfiqəsinin adına qydiyyatda olan şirkətdən istifadə edirmiş.

Məhkəmədə müttəhimin elektron yazışması ifşa edilib. Yazışmada o Çində ona silah satan adama silah satışı məsləsini müzakirə etmək üçün səfər etdiyi Azərbaycanda öyünərək ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini danışıb. Bundan əlavə o limuzin və şəxsi sürücü ilə təmin edilib.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.