Cənubi Qafqazdakı münaqişə hərb yolu ilə həll edilə bilməz, AŞ-ın prezidenti bəyan edib (Итар-Тасс, Rusiya)

Cənubi Qafqazdakı münaqişə hərb yolu ilə həll edilə bilməz, AŞ-ın prezidenti bəyan edib

Qarabağ münaqişənsinin yalnız sülh yolu ilə həlli Cənubi Qafqazı stabil regiona çevirə bilər. Bu barədə İrəvana səfəri zamanı "Armenpress" informasiya agentliyinə müsahibəsində Avropa Şurasının prezidenti Herman van Rompey bəyan edib. "Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Cənubi Qafqazın daha stabil regiona və Avropa ilə Asiya arasında darvazaya gətirib çıxara bilər, - van Rompey bildirib. - Hərbi qüvvədən istifadə münaqişəni həll edə bilməz".

"AŞ bir daha AŞPA-nın Minsk qrupunu dəstəklədiyini təsdiq edib, - van Rompey qeyd edib. - Biz qəbul edilmiş böyük cəhdləri, o cümlədən həmsədr ölkələr Fransa, Rusiya və ABŞ prezidentlərinin "Böyük iyirmilik" sammiti çərçivəsində etdikləri bəyənatları alqışlayırıq.

Van Rompey "Dağlıq Qarabağın həlli ilə bağlı Azərbaycan və Ermənistan arasında gedən danışıqların zəif irəliləyişindən narahatdır". O qeyd etdi ki, "AŞ bir neçə dəfə AŞPA-nın Minsk qrupunun içinə yardım edəcək etimad yaratmağa hazır olduğunu bildirib". "Bundan əlavə, AŞ hər iki tərəflə müntəzəm siyasi dialoq aparır ("Şərq tərəfdaşlığı" siyasətinə əsasən) və hətta Cənubi Qafqaz və Gürcüstandakı böhran məsələləri üzrəözünün xüsusi nümayəndəsi səfir Filip Leforu təyin edib", - van Rompey qeyd edib.

"Biz həmçinin atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmlərinin hazırlanması haqqında AŞPA-nın təklifini dəstəkləyir və AŞ-ın münaqişələrin transformasiyası üzrə müvafiq təcrübəsini bölüşməyə hazırıq", - prezident bəyan edib.

Va Rompeyin sözlərinə görə, "Avropa parlamentinin yaxın zamanda qəbul etdiyi qətnamədə AŞ nümayəndələrinin Dağlıq Qarabağ və ətraf rayonlara maneəsiz olaraqgirişinin vacibliliyi vurğulanıb." AŞ üçün bu prinsipial və praqmatik məsələdir, beləki bu cür bizim etimad şərtlərinin yaradılması üçün hazırlığımız realizə olunacaq, münaqişənin həllindən sonra isə bərpa və reabilitasiyaya yardım edəcək", deyə aydıqlıq gətirib.

Erməni-türk münasibətlərinə gəlincə van Rompey bildirib: "Biz inanırıq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması təhlükəsizliyin, stabilliyin və Cənubi Qafqazda əməkdaşlığın əldə olunmasında böyük töhvə olacaq". Onun sözlərinə görə, "ilk və vacib addım kimi sərhədlərin açılması olardı".

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.


Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.